Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı metrosunda musiqili fləşmob keçirilib - Foto

Bakı metropolitenində növbəti dəfə musiqili fləşmob keçirilib.

PİA.az xəbər verir ki, “Havana Music Band” musiqi qrupunun təşəbbüsü ilə təşkil olunmuş səyyar aksiya Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 104-cü ildönümü günündə keçirilməsi ilə əlamətdar olub.

Aksiyanın təşkilində məqsəd gənclərin daha çox üstünlük verdiyi janrlarda səsləndirilən musiqi parçaları ilə metropolitendən istifadə edən sərnişinlərə xoş anlar yaşatmaq, onların bayram ovqatını daha da yüksəltmək olub.

Canlı layihə “28 May” stansiyasının platformasının orta zalında başlanıb. Əvvəlcədən planlaşdırılmış və qurulmuş səhnədə deyil, məhz səyyar ifa proqramın maraqla qarşılanmasına səbəb olub. Qatarlarda və stansiyalarda davam etdirilən fləşmob sərnişinlərə sürprizli anlar bəxş edib.

Musiqiçilərin ifasında Nəbi Xəzrinin sözlərinə Müslüm Maqomayevin bəstələyərək ifa etdiyi əfsanəvi “Azərbaycan” mahnısının sədaları böyük maraqla qarşılanıb. Vətənpərvərlik ruhunu aşılayan sevimli musiqi parçaları, şən və oynaq ritmli ifa tərzi sərnişinlərin əhval-ruhiyyəsinə əlavə rəng qatıb.

Konsert proqramına günün ruhuna uyğun Azərbaycan, eləcə də müasir dünya musiqisi janrlarından ibarət parçalar daxil edilib.

Musiqi dəqiqələri Azərbaycan hərb salnaməsinin şanlı tarixinin tərənnümü olan "8 Noyabr" stansiyasında başa çatdırılıb.

Fotolar

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar