Cümə axşamı, 11 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Tanrının kölgəsi

***

Yağış da bir sükutdu,
Dəniz harayı da.
Gözü dolusu ayrılığı yaşıyanın sərxoş təbəssümü də...
Günəşi sevən adamın qaranlıqda içi boy atar,
Gecəni sevənin isə nəfəsi...
Eh...payızda ağacların yüyürməyin görsəydin öz köksünə, Qollarındakı yuvalardan gələn səngər qoxusuna vurulardın.
Bax sevdalım, bir qəmli çağın yoxdusa, demək, ürəyin doğmadı sənə.
Bir ömür ürəksiz, yaşamaqsa, minarə divarlarına yapışan moruq öpüşlərdir.
Dualardan göy üzü qopub töküldükcə...
Bel bağlama çöhrəsi bulanıq sevgilərə, Bütün sevdalar pərvazlanar.
Sənə isə əllərinin işığıyla Tanrının kölgəsini yumaq qalar.

***
Sərxoş dualar.

Adamlar boy atdıqca içinə çəkilir kölgə-kölgə,
Ürəyi sınmış otaqlarda.
Sular bulandıqca
Bütün sevdalar tənhalıqda qovuşar,
Demək tənhalıq ayaqlarımızın sahibsizliyidir.

Özünə yuva qurmayan adam Allaha ev tikir,
Və soyunur divarlarındakı nimdaş pıçıltılarını...
Axı, üzünü qar yandıran adam üçün göy üzü də səhradı...
Ovucları quru yağışlar da...

Adamlar durnalar təki köçürlər baxışdan-baxışa.
Gözlərimizdə unudulan nə varsa ağac yaddaşıdır.
Yaşamaq canavar dişidir,
Ölüm də xilas yolu deyil artıq,
Eləcə bu həyatdan bərk-bərk yapış.

Bax sevdalım,
Yağış ayaqlarını çırpma fəsillərə.
Çünki
Sərxoş dualar xınalı ovuclardan uça bilmir güzgülərə.
Çünki əllərimizin payızında
Sonuncu yarpağın dəfninə and içir kəpənək pəncərələr...

Eldar İsmayıloğlu

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

İsmayıl Hüseynov istintaqa cəlb edilib? - İttiham var

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşdü - Anbaan video

Balasanyan Azərbaycan generalları ilə görüşüb? - Laçında nə baş verir?

“Azərbaycan və Türkiyənin bir dövlətə çevrilməsi məsələsi gündəmə gəlsə, yaxşı olar” - Hafiz Hacıyev

İlqar Məmmədov: “Azərbaycan hökuməti məni ölkəyə buraxmayacaq”

“Putin ayrılıq yoluna daşları səssiz-sədasız döşəyəcək” 

"Ən çox şikayət olunan qurum gömrük orqanlarıdır" - Natiq Cəfərli

“Yeni yol çəkiblər, deyirlər ki, bu yolda yalnız “Ferrari” sürmək olar” 

Ən çox oxunanalar