Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaradağda hərbçilərlə görüş keçirildi - Fotolar

26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov rayonda fəaliyyət göstərən hərbi hissə nümayəndələrinin bir qrupunu qəbul edərək, onları fəxri fərman və hədiyyələrlə təltif edib.

PİA.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı aparatının müavinləri və şöbə müdürləri iştirak edib. Əvvəl Vətən müharibəsində şəhid olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Süleyman Mikayılov çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən danışıb, ordu-xalq birliyinin nəticəsi olaraq mütləq qələbimizin həyata keçdiyini vurğulayıb.

Milli Məlisin deputatı Aydın Hüseynov çıxışında ordu quruculuğunun hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevin rəhbərliyilə təşkil olunan Naxçıvanski adına hərbi liseyin yaradılması ilə başlandığını və Prezident İlham Əliyevin sayəsində yüksək səviyyəyə qalxdığını deyib. Bunun nəticəsi olaraq Ordumuz müasir tələblərə cavab verərək torpaqlarımızı işğalçılardan azad etdiyini söyləyib.

Hərbi hissənin komandirləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, Qaradağ Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar