Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ-ın Minsk qrupu ilə bağlı təzyiqləri - Vaşinqton erməni dəyirmanına niyə su tökür?.. - Müsahibə

Vaşinqton Vətən müharibəsindən sonra “oyundankənar” vəziyyətə düşən ATƏT-in Minsk qrupunun yenidən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmasında israr edir...

Siyasi-şərhçi: “ABŞ-ın bütün ziddiyyətlərə, Rusiya ilə barışmaz qarşısurmasına baxmayaraq, ancaq Minsk qrupunun fəaliyətinin bərpası məsələsində Rusiya ilə əməkdaşlıq etmək istəməsi məntiqsiz görünür”.

“Xatırladım ki, Medvedyev bir müddət əvvəl, vaxt gələcək ABŞ bizimlə əməkdaşlıq edəcək demişdi. Deyəsən, bu bəyanat özünü çox gözlətmədi. Artıq Minsk qrupu vasitəsilə ABŞ Rusiyaya əməkdaşlıq təklif ediri”.

Məlumatlara görə, ABŞ Minsk qrupunun bərpasına və bölgədə sülhün təmin olunması üçün məhz ATƏT-in Minsk qrupunun vasitəçiliyinin davam etməsinə israr edir. Bu əslində Ermənistanın maraqlarını təmin edən bir tələb olduğuna görə Azərbaycan buna qarşı çıxır. Həmsədr ölkələrdən biri olan Rusiya da Minsk qrupunun fəaliyyətinin aktivləşməsinə qarşı olduğu bildirilir.

ABŞ-ın Minsk qrupu vasitəsilə Rusiyaya əməkdaşlıq təklif etməsinin səbəblərini və nəticələrini PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “ABŞ İraq və Əfqanıstandan sonra Azərbaycan və Ukrayna kimi ölkələrdə öz imicinə zərbə endirdi”.

PİA.az Fərhad Məmmədov ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, Ukrayna ilə müharibə fonunda Rusiya ilə demək olar ki, bütün siyasi, iqtisadi və diplomatik əlaqələrini kəsən Vaşinqtonun Azərbaycan-Ermənistan münaqişənin həllində əməkdaşlıq etmək cəhdinin arxasında hansı maraqlar dayana bilər?

- ABŞ rəsmisinin bu təklifii reallıqdan uzaq və keçmişi xatırladan bir bəyanat bənzəyir. Çünki beynəlxalq konyunktura, eyni zamanda regionda formalaşan post-münaqişə reallıqları bu təklifin yeni reallıqları nəzərə alınmadan verildiyini isbat edir. Artıq yenivasitəçilk formatları formalaşıb. Bu Rusiya və Türkiyənin iştirakı ilə, eyni zamanda Avropa Birliyinin iştirakı ilə olan formatlardır.

Hətta, Avropanın iştirakı ilə olan formatda Türkiyənin təsiri mövcuddur. Təsadüfi deyil ki, Avropa İttifaqının rəhbərinin xüsusi nümayəndəsi Ermənistandan Ankaraya səfər etdi. Orada mühim görüşlər keçirdi. Ona görə də Vaşinqtonun son həmləsi bir qədər zamanslz və uğursuz görünür. Təbii ki, Vaşinqton prosesə daxil olmaq və bölgədə nüfuzubu artırmağa çalışır. Amma bunun Minsk qrupu vasitəsi ilə etməyə çalışması doğrudan çox uğursuz və yanlış addımdır. Hesab edirəm ki, ABŞ ən azından Brüssel formatı çərçivəsində proseslərə nüfuz etməyə çalışsaydı daha uğurlu olardı.

Fərhad Məmmədov: “Minsk qrupunun fəaliyətinin bərpası ümumiyyətlə qeyri-real göünür”.

- Sizcə hansı səbəbdən Moskva Minsk qrupunun fəaliyətinin bərpasını istəmədiyi halda Vaşinqton bunda israr edir?

- ABŞ-ın bütün ziddiyyətlərə, Rusiya ilə barışmaz qarşısurmasına baxmayaraq, ancaq Minsk qrupunun fəaliyətinin bərpası məsələsində Rusiya ilə əməkdaşlıq etmək istəməsi məntiqsiz görünür. Düşünürəm ki, ABŞ bunu əsasən Ermənistan ictimaiyyəti üçün hansı tərəfin Minsk qrupunun fəaliyyətini dayandırmağın tərəfdarı olduğunu nümayiş etdirməkdən ötrü edir. Yəni Vaşinqton ermənilərə demək istəyir ji, sizin marağınızı Rusiya deyil, məhz ABŞ qorumağa can atır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatında da var idi ki, Rusiya bunu ABŞ-ın Minsk qrupu vasitəsilə Rusiya ilə münasibətləri kəsməsini beynəlxalq instituta zərbə kimi qiymətləndirir. Həmçinin Zaxarova ABŞ-ın bu təklifini qeyri-səmimi adlandırdı.

- Digər tərəfdən Brüssel və Moskva sülh prosesləri fəaliyyətdə olduğu halda Minsk qrupunun yenidən dirçəldilməsi sülh proseslərinə necə təsir edə bilər?

- Açığı ABŞ-ın Minsk qrupu bəyanatı çox uğursuz oldu. Hətta, bizim apardığımız müşahidələrə görə bu Ukraynada da öz əks-sədasını verdi. Yəni Ukrayna ABŞ-ın Rusiya ilə əməkdaşlığını pislədi.

Xatırladım ki, Medvedyev bir müddət əvbəl, vaxt gələcək ABŞ bizimlə əməkdaşlıq edəcək demişdi. Deyəsən, heç bu bəyanat özünü çox gözlətmədi. Minsk qrupu vasitəsilə ABŞ Rusiyaya əməkdaşlıq təklif etdi. Bununla da ABŞ Azərbaycan və Ukrayna kimi ölkələrdə öz imicinə zərbə endirdi.

Fərhad Məmmədov: “ABŞ-ın Minsk qrupu bəyanatı çox uğursuz oldu”.

- Həmçinin Azərbaycanın Minsk qrupunun fəaliyyətinə qarşı çıxdığı üçün ABŞ-la münasibətlərdə problemlərin yaşanmasına ehtimal verirsinizmi?

- Belə olan şəraitdə Minsk qrupunun fəaliyətinin bərpası ümumiyyətlə qeyri-real görünür. Çünki ən azı olaraq Azərbaycan tərəfi onu qəbul etməyəcək. Azərbaycan Prezidenti bu haqda Qlobal Forumunda açıq-aydın öz sözünü dedi.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar