Cümə axşamı, 18 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Pandemiyanın yeni dalğası barədə xəbərdarlıq

Alman epidemioloqlar yay məzuniyyətindən sonra koronavirus xəstəliyinin kəskin artacağı barədə xəbərdarlıq edirlər.

PİA.az AZƏRTAC-a istinadən bildirir ki, onların sözlərinə görə, əgər yaxın günlərdə heç bir tədbir görülməsə, payızda xəstəlik səbəbindən əməkdaşlar işə gəlməyəcək, nəticədə təşkilatlar, şirkətlər, tədris müəssisələri və bütün biznes sektoru zərər çəkəcək.

Problemi daha da gərginləşdirən amil ondan ibarətdir ki, "omikron" virusunun BA.5 variantı çox yoluxucudur. Eyni zamanda, insanlar sonuncu vaksinasiya nəticəsində qazandıqları immuniteti tədricən itirməyə başlayırlar.

Doğrudur, xəstəliyi ağır keçirən və ya ölən pasiyentlərin sayı əvvəlki ilə müqayisədə qat-qat az olacaq, lakin arxayınlaşmaq olmaz. Yəqin ki, bu ilin sonunda insanlarda pandemiyanın guya başa çatması təəssüratı yaranmayacaq: cari ilin yanvar ayında bu barədə verilən bəyanat həddən artıq nikbin imiş. Buna görə virusoloqlar koronavirusdan mümkün qədər qorunmağı tövsiyə edirlər. Uzunmüddətli perspektivdə istənilən halda yoluxma labüddür və hamı xəstələnəcək. Bu zaman tədricən fərdi immunitetin elə növü formalaşır ki, orqanizmin müqaviməti daha dözümlü olur və kollektiv immunitet formalaşması prosesi sürətlənir.

Digər tərəfdən, virus da bir yerdə dayanmır. Müəyyən məqamda yeni tarazlıq yaranacaq: vaksinasiya və yoluxma nəticəsində kollektiv immunitet o dərəcədə güclü olacaq ki, virus öz patogenliyini itirəcək. Bu proses ən pis halda daha bir neçə qış uzana bilər. Sonra virus endemik xarakter kəsb edəcək, yəni yox olmayacaq, lakin epidemioloqların nəzarəti altında qalacaq. 

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İntim videoları yayılan polkovnik saxlanıldı: Rütbəsi geri alındı – Yenilənib

Siyavuş Novruzov FHN əməkdaşlarının görüntüləri barədə: "Elə bil, xüsusi nəsə baş verib"

Arəstə Baxışovanın anasından Qurban Məmmədova: "Azərbaycana gəl, sənin dərsini versinlər"

Prezident İlham Əliyev və Mehriban Əliyeva Bakıda Müslüm Maqomayevin abidəsinin açılışında iştirak edib - Yenilənib

Ərdoğan çeçen mühacirləri məhv edəcəkmi? - Müsahibə

Tahir Kərimli: “Əxlaqsızlıq tüğyan etməyə başlayanda lokallaşdırmalı idik, meşə bir kibritlə yanır...”

Ukraynada müharibəni kim başlayıb? - Qərb, yoxsa Rusiya?...

Tramp Ziya Məmmədovu məhkəməyə verir – Qalmaqalın şok səbəbi

AQTA: “Pit bull”, “Mohito Fresh”, “Jaquar”, “Jara”, “Bizon”, “Hell”, “Full energy” enerji içkisi deyil, insanlar aldadılır

Firəngiz Rəhimbəyovanın ölümünü eşidən "Moşu"danışmaq istəmədi

Çempionlar Liqası: "Qarabağ" Çexiya klubu ilə heç-heçə edib

Ən çox oxunanalar