Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ceyhun Bayramov BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri Arian Baueri Azərbaycandakı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

AR XİN Mətbuat xidməti idarəsindən PİA.az-a verilən məlumata görə, Ceyhun Bayramov BQXK-nın ölkəmizdəki həyata keçirdiyi layihələrinin əhəmiyyətini qeyd edərək, bu xüsusda Arian Bauerin fəaliyyətini məmnunluqla vurğulayıb. O, Arian Bauerin ölkəmiz üçün xüsusi önəmli bir dövrdə, Vətən müharibəsi dövründə fəaliyyət göstərdiyini qeyd edərək ona postmünaqişə mərhələsində Azərbaycandakı səmərəli fəaliyyətinə görə təşəkkür edib və gələcək səylərində uğurlar arzu edib.

Ceyhun Bayramov, eyni zamanda BQXK-ın Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Draqana Koyiçə gələcək işlərində uğurlar arzulayıb. Nazir yeni nümayəndəyə bölgədə hazırda mövcud olan vəziyyət, münaqişə sonrasında mina təhlükəsinin doğurduğu acı fəsadlar, hələ birinci Qarabağ müharibəsindən itkin düşmüş 4 000-ə yaxın soydaşımızın taleyinin naməlum qaldığı və digər məsələlər barədə məlumat verib. O, bölgədə sülh və tərəqqinin təmin olunmasında Azərbaycanın qətiyyətli olduğunu diqqətə çatdırıb.

Arian Bauer fəaliyyəti müddətində ona göstərilmiş siyasi dəstəyə görə minnətdarlığını ifadə edib və BQXK ölkəmizdə bir çox istiqamətlərdə həyata keçirdiyi fəaliyyəti barədə məlumat verib.

Öz növbəsində Draqana Koyiç ölkəmizdə çalışacağı müddətdə BQXK-nın Azərbaycandakı fəaliyyətinin uğurla davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Tərəflər Azərbaycan ilə BQXK arasında qarşılıqlı etimad doğuran münasibətlərin və açıq dialoqun gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Hərbçimiz qətlə yetirilib, tutulan var - Yenilənib

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Ərdoğan və Zelenski arasında görüş olub - Yenilənib

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

Ən çox oxunanalar