Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan cüdoçuları Avropa çempionatında 8-ci medalı qazanıblar - Yenilənib

Azərbaycan Əli Hacızadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində rəqib israilli Yaniv Aqronov olub. Rəqibinə ipponla qalib gələn Hacızadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Bununla da, Azərbaycanın Avropa çempionatında qazandığı medalların sayı 8-ə çatıb. Daha əvvəl Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) və Fidan Əlizadə (57 kq) qitə çempionu olub, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq), Nicat Nağıyev (66 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.

***

Azərbaycanın qadın cüdoçusu Fidan Əlizadə Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı həlledici qarşılaşmada macarıstanlı İnes Boqnarı sınağa çəkib.

Rəqibini ipponla məğlub edən Əlizadə Avropa çempionu olub.

***

Azərbaycan 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsindəki Əbil Yusubov 3-cü yeri tutublar. Onlar müvafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.

Bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.

Qeyd edək ki, ilk yarış günündə Şahin Orucov (55 kq), Nizami İmranov (60 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) isə bürünc medal əldə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar