Cümə, 19 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Beynəlxalq axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya olunub

Azərbaycan Baş Prokurorluğunun vəsatəti əsasında Rusiyanın Baş Prokurorluğu “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan vətəndaşları Həsənli Gündüz Rəhil oğlunun və Şahsuvarov Elnur Çingiz oğlunun ekstradisiyası haqqında qərarlar qəbul edib.

Bu barədə PİA.az-a Azərbaycanın Baş Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, Şirvan şəhər prokurorluğunun icraatında olan cinayət işi üzrə G.R.Həsənli tərəfindən “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialında satış təmsilçisi vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmin MMC-nin ambarından ticarət obyektlərinə paylanması üçün götürdüyü ərzaq məhsullarının satışından əldə edilmiş pul vəsaitlərinin mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 179.2.3. və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 06.10.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilib.

Gündüz Həsənli 21.03.2022-ci il tarixdə Rusiyanın Moskva şəhərində müəyyən edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

E.Ç.Şahsuvarov barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib. Bununla bağlı Sumqayıt Şəhər Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında qərar qəbul edilməklə cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarış elan edilib. Elnur Şahsuvarov 21.10.2020-ci il tarixdə Rusiyanın Sankt-Peterburq şəhərində müəyyən edilərək həbs olunub.

Bu gün, iyunun 24-də G.R.Həsənli və E.Ç.Şahsuvarov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiyadan Azərbaycana gətiriliblər.

pia.az


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə məxsus bahalı avtomobillər - Foto

Vətəndaşlar Kəmaləddin Heydərovun qəbuluna düşə bilmirlər - Video

Kişilərdə keçəlləşməsinin əsl səbəbi budur

Zelenski Rusiya ilə danışıqların yeganə şərtini açıqladı - Putin ordunu Ukraynadan çıxarmalıdır

Türmə rəisi Emin Həsənovun avtoritet sevgisi - 1 saylı cəzaçəkmə müəssisəsində nələr baş verir?..

Un və çörək qiymətlərinin yuxarı hədləri müəyyənləşdirildi - Video, Yenilənib

Ərdoğan və Zelenski arasında görüş olub - Yenilənib

İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb

"Dünyada buğdanın qiyməti ucuzlaşıb" - Quterreş

Ukrayna sərhədçiləri Donetskdə rusiyalı diversantları məhv edib - Yenilənib

Ən çox oxunanalar