Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Tibb Universitetinin məzunları Hippokrat and içmədilər... - Andı niyə dəyişdilər?

Bu il Tibb Universitetindən məzun olan həkimlərə müqəddəs kitablara və Allaha and içdiriblər...

Müşfiq Hüseynov: “Tibb elminin atası sayılan Hippokrata deyil, Allaha və ya müqəddas kitablara and içməsi şoudan başqa bir şey deyil”.

Elçin Əfəndi: “Hippokrat andını başqa bir andla əvəz etmək, yaxud da başqa üsul tətbiq etmək mənə görə doğru deyil”.

Bu il Tibb Universitetinin məzunları Hippokrat andı içməyiblər. Bunun əvəzinə onlara müqəddəs kitablara və Allaha and içdiriblər. Maraqlıdır, Tibb Universtetinin rəhbərliyi yüzillər boyunca beynəlxalq səviyyədə mövcud olan və olmaqda da davam edən bu ənəni səyişdirməyə hansı zərurətdən ehtiyac duyub? Hippokrat andının müqəddəs kitablara və Allaha içilən andla dəyişdirilməsi mahiyyət 2fibarı ilə nəyu dəyişdirə bilər? Bəlkə Tibb Universtetinin rəhbərliy bizim eradan təqribən 500 il əvvəl yaşayani Hippokratın çoxallahlı bütpərəst dinə sitayiş etməsini əsas gətirərək bu andı Allaha və müqəddəs kitablara (?!) verilən andla dəyişdirməyi daha doğru hesab ediblər? Hər halda Tibb Universtetinin rəhbərliyi bu barədə ictimaiyyətə hansısa izahat versəydi, heç də pis olmazdı.

Qeyd edək ki, məsələ ilə bağlı Tibb Universtetinin rəhbərliyinin mövqeyin öyrənmək üçün universitetin rəsmi veb saytında qeyd oluanan telefon nömrələrinə zəng etdək də, cəhdlərimiz nəticəsuz oldu.

Bəs belə bir təcrübə başqa ölkələrdə də müşahidə olunurmu? Ümumiyyətlə Hippokrat andının dəyişdirilməsinə ehtiyac vardımı və andın dəyişdirilməsi həkimlərin mənəvi məsuliyyət məsələsinə hansısa təsiri ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı həkim-farmakoloq Müşfiq Hüseynov və təhsil eksperti Elçin Əfəndi ilə müzakirə edib.

Müşfiq Hüseynov: “Bir çox sahələrdə dinlə elmin, həm eyni baxışları, həm də ziddiyyətləri var. Bu 2000 ildir belədir, həmişə də belə olacaq”.

Dinin insanların mənəvi ruhsal hissləri, hər kəsə özəl bir şey olduğunu vurğulayan həkim PİA.az-a bildirib ki, belə şeyə heç bir halda gərək yox idi bə əslində o, Tibb Universtetinin rəhbərliyinin bu qərarını da anlamır:

“Mənim üçün yenilik oldu. Həkimlərin Hppokrat andı içməsi tibb elminin yüz illərə dayanan iənənəsi olub və bu ənənə dünya miyasında olub, indi fə davam edir. Tibb Universtetinin rəhbərliyinin niyə belə bir dəyişikliyə zərurət duymasını açığı mən başa süşmürəm. Yəni bunun məntiqli izahı belə yoxdur. Tibb hər zaman dinlər, adətlər, sərhədlər və xalqlar üstü bir humantar sahə olub. Tibb elminin atası sayılan hippokrata deyil, Allaha və ya müqəddas kitablara and içməsi məncə şoudan başqa bir şey deyil.

Bir çox sahələrdə dinlə elmin, həm eyni baxışları, həm də ziddiyyətləri var. Bu 2000 ildir belədir, həmişə də belə olacaq. Din insanların mənəvi ruhsal hissləridir, hər kəsə özəl bir şeydir. Tibb Universtetinin rəhbərliyinin həkim andına dini rəng verməsi isə anlaşılmazdır. Mən həkimlərin andı ilə bağlı beynəlxalq səviyyədə belə bir şeylə ilk dəfədir ki, rastlaşıram. Yəni belə şeyə heç bir halda ehtiyac yox idi”.

Elçin Əfəndi: “Ola bilsin ki, hazırkı and içmə Hippokrat andından daha məsuliyyətli davranmağı tələb edir”.

Əsas insan insanlığına, bir də öz vicdanına and içməli olduğunu düşünən ekspert əlavə edib ki, əgər həkimlər öz işlərini məsuliyyətlə görərlərsə, onda heç bir anda da ehtiyac olmaz:

“Hippokrat andı tibb sahəsi üzrə təhsil alanlar üçün beynəlxalq sistemdə qəbul olunmuş anddır. Hippokrat andını başqa bir andla əvəz etmək, yaxud da başqa üsul tətbiq etmək mənə görə doğru deyil. Hippokrat andı ilə paralel olaraq kimin inancı hansı dindirsə, ona and içə bilər. Amma bu konkret olaraq tibb sahəsi üzrə qəbul olunmuş və dünyanın inkişaf etmiş, inkişafda olan ölkələrinin hər birində qəbul olunmuş formatdırsa, bizdə də eyni üsul olmalıdır.

Düzdür, hər zaman yeniliklər olmalıdır. Ola bilsin ki, hazırkı and içmə Hippokrat andından daha məsuliyyətli davranmağı tələb edir. Bəlkə də bu nöqteyi-nəzərdən haqq qazandırmaq olar. İnanmıram ki, həkim adını qazanan tələbələr həkim işinə başlayan kimi bu məsuliyyətdən yayınalar.

Onu da qeyd edim ki, içilən andlardan daha önəmlisi insanın öz vicdanıdır. Əsas insan insanlığına, bir də öz vicdanına and içməlidir. Əgər həkimlər öz işlərini məsuliyyətlə görərlərsə, onda heç bir anda da ehtiyac olmaz. Məsələ odur ki, biz peşəkar kadr, yaxşı peşəkar mütəxəssis kimi formalaşıb öz ixtisasımız üzrə insanlara müvafiq yardımımız etməliyik”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar