Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Azərbaycanla bağlı qərəzli fikir bildirənlərin sonu yaxşı olmayacaq" - Komitə sədrinin müavini

"Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda, küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun sonu heç də yaxşı olmayacaq".

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir: "Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilatlar kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. Hətta bəzən Azərbaycanı din azadlığı pozulan ölkələrlə eyni sırada göstərməyə cəhd göstərirlər. Erməni vandalizmini, xüsusilə də işğaldan azad olunmuş ərazilərdəki erməni vəhşiliyini göz ardına vuraraq bu məsələyə kifayət qədər önəm verməkdən boyun qaçırırlar: "Hesabatlarda bu faktlara ötəri yanaşılır, yaxud diqqət edilmir, əks olunmur. Eyni zamanda bir sıra beynəlxalq təşkilatlar xristian və islam dini siyasiləşdirməyə çalışırlar. Təbii ki, İslam dinini siyasiləşdirilməsi yolverilməzdir. Din siyasiləşəndə təhlükəli hala çevrilir".

S.Heydərov bildirib ki, Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb: "Dini mövqedən yönəlik təhdidləri nəzərə alsaq, bir an belə Azərbaycana qarşı səngimir. Reallıq odur ki, Azərbaycan bəşəri dəyərləri zənginləşdirməyə çalışdığı halda küçədə edilən xırda söhbətləri şişirdib beynəlxalq müstəviyə çıxarmağa çalışanlar yanılırlar. Bunun da heç bir xoş nəticəsi olmayacaq. Əksinə bununla onlar öz işlərinə kölgə salırlar. Azərbaycandakı dini icmalara səslənərək çağırış edirəm ki, ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar