Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deputat tanıyıram ki, obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır”

“Deputatların maaş artımına yanaşma kökündən qüsurludur. Ayda 200 min icarə haqqı alan deputatın maaşını 2-3 dəfə artırmaq kimin ağlına gəlib?”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.

“Bu gün Milli Məclis deputatların maaşının kəskin surətdə– 43% artırılması, onlara aylıq maaşlarının bir mislində deyil, iki mislində əlavə verilməsini 1-ci oxunuşda qəbul edib. Dəyişiklik qəbul olunsa, sıravi deputatların maaşları, hər aylıq əlavələri də nəzərə almaqla 7455 manata yüksələcək.

Əgər deputat sırf peşəkar formada deputatlıqla məşğul olarsa, peşəkar formada qanun yaradıcılığı ilə məşğul olacaqsa, bu məbləğdə maaş tam normal qarşılana bilər. Hamı bilir ki, bu tip deputatlar olduqca azdır, şəxsən mən belələrinin hamısını tanıyıram, parlament rəhbərliyində təmsilçilikdən tutmuş sıravi deputatadək belələri var. Düşünürəm ki, kənardan heç bir gəliri olmayan bu tip deputatların yaradıcı analitik fəaliyyət üçün, deputat fəaliyyəti üçün qeyd olunan məbləğ bəlkə də azdır. Amma hamı da bilir ki, Milli Məclisdə vəziyyət necədir...”.

O.Gunduz bildirib ki, deputatların böyük əksəriyyətinin real biznesləri var:

“Bəziləri heç bunu gizlətmirlər də və müsahibələrində qeyd edirlər. Təkrar edirəm ki, onların necə seçilməsindən daha çox, indiki oliqarx durumlarına diqqət çəkmək istərdim. Deputat tanıyıram ki, yalnız obyektlərindən topladığı aylıq icarə haqqı 150-200 min manatdır. Halal xoşu olsun. Seçicilərinin hamısı da bunu bilirlər. Amma belə olan halda onun maaşını artırmaq nə dərəcədə doğru yanaşmadır. Təsəvvür edin ki, indi bu tip deputat 150 mindən əlavə həm biznesindən gəlirlər əldə edəcək və həm də 7455 manat da dövlətdən alacaq.

Bildiyim qədər bəziləri heç bunun fərqində də deyillər. Amma kimlərsə bu məsələni gündəmə gətirib və böyük əksəriyyət biznesmen, oliqarx deputatlar da, hətta arzulamasalar belə, bu cür biabırçılığa qol qoymalıdır. Fikrimcə, məsələnin bu formada qoyuluşu və zaman-zaman bu formada artımlar absurd bir vəziyyət yaradır. Ümid edirəm, bu məsələni gündəmə gətirənlər baş verənlərin fərqindədir və ağlabatan bir yanaşma ortaya qoya biləcəklər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar