Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İdarə İçərişəhərdə aparılan tikintiyə aydınlıq gətirib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər ərazisində, Müslüm Maqomayev küçəsi ev 56 ünvanında yerləşən binanın damında tikinti işlərinin aparılmasına münasibət bildirib.

İdarədən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 02.08.2001-ci il tarixli 132 nömrəli qərarına və ona edilmiş əlavələrə əsasən sözügedən bina tarixi abidə statusu daşımayan xüsusi mülkiyyətdə olan qeyri-yaşayış binasıdır.

Məlumat üçün bildiririk ki, ikimərtəbəli qeyri-yaşayış binası 2000-ci illərin əvvəllərində tikilmiş və Qoruq İdarəsi yaradıldıqdan sonra binaya heç bir konstruktiv əlavə və dəyişiklik edilməmişdir.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin mətbuat xidməti ictimaiyyətin nəzərinə çatdırır ki, 16.07.2021-ci il tarixində İdarəyə mülkiyyətçinin binanın damında təmir işlərinin aparılması üçün müraciəti daxil olmuşdur. Rəsmi müraciətə əsasən binanın dama çıxan pilləkən qəfəsinə yüngül metal-şüşə materialdan, məhəccərlərinə isə təhlükəsizlik baxımından ümumi mənzərəni pozmamaq şərti ilə şəffaf şüşə materialdan konstruksiyaların quraşdırılmasına razılıq verilmişdir. İşlər razılaşdırılmış layihə sənədləri əsasında İdarənin mütəxəssislərinin nəzarəti altında aparılır.

Binanın terrasında hər hansı bir ictimai-iaşə obyektinin fəaliyyət göstərməyinə dair Qoruq İdarəsinə icazə üçün müraciət daxil olmamışdır.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bir daha tariximizin və mədəniyyətimizin nadir incisi olan İçərişəhərin və onun abidələrinin qorunmasına biganə olmayan hər bir kəsə təşəkkür edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar