Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gömrük Komitəsində həbslər... - Səfər Mehdiyev baş verənlərə görə məsuliyyət daşıyırmı?

Gömrük Komitəsində həyata keçirilən həbslərlə bağlı rəsmi məlumat verilməsə də, bu gündə əməliyyatın yeni detalları üzə çıxıb və məlum olub ki, gömrük terminallarında bir çoxlarının vergidən yayınmasına “yardımçı” olublar...

İqtisadçı-ekspert: “İndi DTX səviyyəsində gömrük generalalrı həbs olunub. Komitə sədri buna görə məsuliyyət daşıyırmı və söz verdiyi kimi istefa verəcək? Yoxsa Səfər Mehdiyevin mətbuat katibi bunu da şər və böhtan olaraq dəyərləndirəcək?”.

“Müxtəlif dövlət qurumlarından həbs olunan şəxslərin əhatəsinə baxanda görürük ki, onların arxasında duran məmur ya işdən çıxarılıb, ya da gözdən düşüb. Bu zaman da onların vurulması gündəmə gəlir”.

Bu sözləri iqtisadçı-ekspert Nazim Bəydəmirli Gömrük Komitəsində olan həbsləri PİA.az-a şərh edərkən qeyd edib.

Artıq iki gündür bütün mətbuat, sosial şəbəkələr DTX-nin Dövlət Gömrük Komitəsində geniş əməliyyat apardığı xəbərini paylaşır. Generallar daxil olmaqla onlarla vəzifəli şəxslərin həbs edildiyi bildirilir. Gömrük Komitəsində həyata keçirilən həbslərlə bağlı rəsmi məlumat verilməsə də, bu gündə əməliyyatın yeni detalları üzə çıxıb və məlum olub ki, gömrük terminallarında bir çoxlarının vergidən yayınmasına “yardımçı” olublar.

Məlumata görə, əməliyyat bir neçə gün əvvəl Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib. Həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Gömrük Komitəsində baş verənləri PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Nazim Bəydəmirli ilə müzakirə edib.

Nazim Bəydəmirli: “Görünən odur ki, vergidən yayınma halları çox kütləvi hal alıb və bu şəraiti yaradan bir başa gömrük qurumlarıdır. Ümumiyyətlə isə götürsək, deyə bilərik ki, Gömrük Komitəsinin fəaliyyəti Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına ancaq mənfi təsir göstərir”.

Ölkə gömrük məntəələrində başalıb gedən özbaşınalıqların və qanunsuzluqların yaratdığı problemələyin yeganə həll yolunun Gömrük Komitəsinin ləğv edilməlisi olduğunu vurğulayan ekspert PİA.az-a açqlamsında qeyd edib ki, komitəni xidmət səviyyəsində İqtisadiyyat Nazirliyinin yanında vergi xidmətinə anoloji bir qurum yatırmaq olar:

Gömrük Komitəsi ilə bağlı danışanda istənilən adamın a ilk olaraq ağlına Azərbaycanda regionçuluğun, yerlibazlığın qorunmasını və çiçəklənməsini təmin edən, rüşvət və korrupsiyanın konsentrasiyası olan bir dövlət qrumudur. Bu qurumdan şikayətlər həmişə çox olub. Onu da qeyd edim ki, bu şikayətlər Səfər Mehdiyevin zamanında bir neçə dəfə artıb. İstər yerli, istərsə də xarici iş adamları Gömrük Komitəsində baş verən qanunsuzluqlardan təngə gəliblər. Məsələ ondadır ki, gömrük bir ölkənin qapısı olduğundan orada baş verənlər ümumilikdə həmin ölkə barədə təəssurat yaradır. Bu baxımdan Gömrük Komitəsi Azərbaycan haqqında heç də müsbət təəssurat yaratmır. Mən hətta deyərdim ki, gömrük işçiləri Azərbaycan haqqında çox mənfi və pis imic yaradıblar.

Gömrük Komitəsi zaman-zaman mətbuata guya bütün bu şikayətlərin şər və böhtan olduğunu vurğrlayırlar. Güya onlar şəffaf işləyirlər. Sual olunur, sizin qurumdan olan şikayətlər niyə bitib tükənmir? Niyə bu şikayətləri yaradan səbəblər ortadan qaldırılmır? İnsanların haqqını tapdalayıb onların səsini boğmaqmıdır şəffaflıq?

Mənim yadımdadır, Səfər Mehdiyev Gömrük Komitə sədri təyin olunduqdan bir müddət sonra populistcəsinə bildirmişdi ki, əgər komitədə rüşvət halları olacaqsa və bu sübut olunarsa, istefa verəcək. Gömrükdəki rüşvət faktlarını dəfələrlə sübutla ortaya qoyulsa da, qurumun mətbuat katibliyi bu faktları bir qayda olaraq sadəcə böhtan və şər adlandırırb. İndi isə DTX səviyyəsində gömrük generalalrı həbs olunub. Komitə sədri buna görə məsuliyyət daşıyırmı və söz verdiyi kimi istefa verəcək? Yoxsa Səfər Mehdiyevin mətbuat katibi bunu da şər və böhtan olaraq dəyərləndirəcək?

Nazim Bəydəmirli: “Gömrük orqanları bəhanə edirlər ki, guya gömrük terminalları ayrıca subyektlərdir və Komitəyə daxil deyil. Amma Komitə işçiləri birbaşa o terminalları himayə edir. Çünki istər-istəməz bütün malları, maşınları qeyri-qanuni oraya yönləndirilir”.

Eyni zamanda gömrük orqanları inhisarçı məmur-oliqarxlarını qorumaqda davam edir. Onlar sahibkarlara qanunsuz bəynnamə qiymətləri tətbiq edərək ölkədə süni qiymət artımı yaradırlar.

Müxtəlif dövlət qurumlarından həbs olunan şəxslərin əhatəsinə baxanda görürük ki, onların arxasında duran məmur ya işdən çıxarılıb, ya da gözdən düşüb. Bu zaman da onların vurulması gündəmə gəlir. Buna görə də düşünürəm ki, Dövlət Gömrük Komitəsinin özü ləğv edilməlidir.

Vergidən yayınmanın qarşısının alınmasının yeganə yolu mərkəzləşdirilmiş gömrük və vergi siyasətinin yürüdülməsi olardı. Mən Gömrük orqanları və “İpək yolu” ilə bağlı qeydiyyata düşməyən bir neçə çekləri sosial şəbəkədə paylaşmışam. “Ramal Trans” və digər müəssisələrin adlarını çəkmişəm. Hansı ki, biz onlardan xidmət almışıq.

Görünən odur ki, vergidən yayınma halları çox kütləvi hal alıb və bu şəraiti yaradan bir başa gömrük qurumlarıdır. Ümumiyyətlə isə götürsək, deyə bilərik ki, Gömrük Komitəsinin fəaliyyəti Azərbaycan iqtisadiyyatının bütün sahələrinin inkişafına ancaq mənfi təsir göstərir.

Gömrük orqanları bəhanə edirlər ki, guya gömrük terminalları ayrıca subyektlərdir və Komitəyə daxil deyil. Amma Gömrük Komitəsi birbaşa o terminalları himayə edir. Çünki istər-istəməz bütün malları, maşınları qeyri-qanuni oraya yönləndirilir. Əslində qanunvericilikdə müəyyən dəyişikliklər olmasına baxmayaraq Gömrük orqanları sahibkarları həmişəki kimi həmin terminallara yönəldirlər.

Nazim Bəydəmirli: “Hər şey Komitə rəhbərliyinin birbaşa təlimatları və nəzarəti altında baş verir. Yox əgər rəhbərliyin baş verənlərdən xəbərləri yoxdursa, o zaman demək ki, yerlərində deyillər. Və niyə bu günə qədər heç bir şikayət Komitə rəhbərliyi tərəfindən obyaektiv araşdırılmayıb?”.

Onlar həmçinin gömrüyə gələn malalrın rəsmiləşməsini bilərəkdən yubadaraq terminal sahiblərinə pul da qazandırırlar. Bu da sahibkarlara iki qat ziyan vurmaq deməkdir. Bir yandan onlar terminallara əlavə pul ödəyirlər, digər tərəfdən isə malları gömrükdə yubanan sahibkarlar vaxt və pul itirirlər. Hələ xarab olan malları da bura əlavə edərsək, onda ziyanın öhdəsindən gəlmək mümkün olmur. Bu hər yerdə belədir və hamı da bunu bilir. Bütün sahibkarlar da bundan məlumatlıdırlar.

Bu hadisələlərin hamısı Gömrük Komitəsinin rəhbərliyinin nəzarətindən kənarda baş vermir və Səfər Mehdiyev də sabah durub deyə bilməz ki, mənim bundan xəbərim olmayıb. Hər şey Komitə rəhbərliyinin birbaşa təlimatları və nəzarəti altında baş verir. Yox əgər rəhbərliyin baş verənlərdən xəbərləri yoxdursa, o zaman demək ki, yerlərində deyillər. Və niyə bu günə qədər heç bir şikayət Komitə rəhbərliyi tərəfindən obyaektiv araşdırılmayıb?

Ona görə də hesab edirəm ki, ölkə gömrük məntələrində baş alıb gedən özbaşınalıqların və qanunsuzluqların yaratdığı problemələyin yeganə həll yolunun Gömrük Komitəsinin ləğv edilməlisidir. Komitəni xidmət səviyyəsində İqtisadiyyat Nazirliyinin yanında vergi xidmətinə anoloji bir qurum yatırmaq olar və bu addım da nə qədər tez atılarsa, bir o qədər yaxşı olar”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar