Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nin həbs etdiyi digər gömrük generalı kimdir?

DTX-nin keçirdiyi əməliyyat zamanı həbs edilən gömrük generalının İqbal Alıcan oğlu Babayev olduğu bildirilir.

Bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat paylaşıb.

İqbal Alıcan oğlu Babayev 1964-cü ildə Yardımlı rayonunda anadan olub. 1986-cı ildə Kiyev İnşaat Mühəndisləri Universitetinin Avtomatlaşdırma və İnformasiya Texnologiyaları fakültəsini bitirib.

1990-ci ildə Kiyev İM Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

1986-1991-ci illərdə KİMMU-də elmi işçi, müəllim;

1991-1992-ci illərdə AİMU-nin Hesablama Texnikası və Avtomatlaşdırma kafedrasında dosent;

1992-2000-ci illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında şöbə müdiri;

2000-2008-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində "Seçkilər" İnformasiya Mərkəzinin direktoru;

2008-2009-cu illərdə Dövlət Gömrük Komitəsinin (DGK) Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarə rəisinin 1-ci müavini;

2009-cu ildən DGK-da Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi vəzifəsi;

2018-ci il 6 Iyul tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

Avropa, Amerika və Asiyanın 60-a yaxın ölkələrində elmi seminarlarda və konfranslarda iştirak etmiş və elmi məruzələri ilə çıxış etmişdir. Kiyev İnşaat və Memarlıq Milli Universitetinin "Fəxri professor"udur və Azərbaycan Respublikasının AAK tərəfindən Professor elmi adı verilib.

BMT-nin Asiya və Sakit Okean Regionunda Kağızsız Ticarət üzrə Ekspertlər Şəbəkəsinin Məşvərət Komitəsinin üzvüdür və MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri şurasının İnformasiya Texnologiyaları üzrə işçi qrupunun rəhbəri təyin edilib. 

Bir çox yerli və beynəlxalq layihələrə rəhbəri olmuşdur, o cümlədən “Gömrük xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi”, “Gömrük sistemində Bir pəncərə”, “Elektron Gömrük”, ”SMART CUSTOMS” və “Malların buraxılış vaxtının ölçülməsi” və ticarətin asanlaşdırılması üzrə digər innovasiya layihələri. 

Asiya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və digər beynəlxalq təşkilatların eksperti kimi Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızstan və Ukrayna ölkələrində gömrük sahəsinin modernləşdirilməsi və innovasiya texnologiyalarının tətbiqi istiqamətində layihələr həyata keçirmişdir. 2021-ci ildən ATƏT-in Orta Asiya ölkələri üzrə “Sərhədyanı əməkdaşlıq və İqtisadi əlaqələr üzrə Dövlət Gömrük Xidmətinin potensialının gücləndirilməsi” sahəsi üzrə beynəlxalq ekspertidir.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilmişdir.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülmüşdür. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə Azərbaycan Republikasının Prezidentinin 252 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə Azərbaycan Republikasının Prezidentinin 2631 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunmuşdur.

Ukrayna, İngilis və Rus dillərini bilir.

Evlidir, iki övladı var.

İlk xəbəri Bakupost.az saytı DTX-nin dövlət qurumlarından birində əməliyyat keçirdiyi, əməliyyatda xeyli vəzifəli şəxsin saxlanıldığı barədə məlumat yayıb. (MillətinSəsi.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar