Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Naxçıvanda əhaliyə “Sirab” satmaq üçün evlərə çirkli su verilir”

Naxçıvan şəhərində evlərə verilən suyun bir müddətdir ki, filterdən keçirilmədiyi bildirilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan” məlumat yayıb.
Bildirilib ki, içməyə yararlı olmadığından əhali məcbur qalıb su almaq üçün dükanlara üz tutur. Dükanlarda isə “Sirab” zavodunda qablaşdırılmış bulaq suyu satılır. Bu suyun 10 litri 2, 19 litri isə 3 manat 30 qəpiyə satılır. Bu zavoda isə su Sirab kəndi ərazisindəki bulaqlardan çəkilib. Bu səbəbdən kənd də susuz qalıb.

Yerli sakinlər bildirib ki, evlərə suyun çirkli verilməsində məqsəd məhz “Sirab” sularının satışına xidmət edir. Yəni, zavod inzibati təsir imkanlarından istifadə edərək əhalini öz məhsullarını almağa məcbur edir.
Naxçıvan şəhər sakini Şahlar Bağırov deyib ki, hər ay ortalama 10 ədəd 19 litrlik qablaşdırılmış su almalı olur:

“Əvvəl su o qədər təmiz idi ki, sanki birbaşa bulaqdan gəlirdi. Çay, yemək hazırlamaq, içmək üçün rahat istifadə edirdik. Dükanda satılan “Sirab” suyunu almaq heç kimin yadına düşmürdü. Baxdılar ki, malları satılmır, evlərə çirkli su verməyə başladılar. İndi evə gələn suyu yalnız hamamda istifadə etmək olur. Buna görə də əhali məcbur qalıb, içməli suyu dükanlardan alır. Ailəmizin içməli suyunu təmin etmək üçün hər ay ən az 30 manat ödəməli oluram. Onsuz da işsizlikdir, işləyəndə də normal maaş vermirlər. Bilmirsən çörək dərdi çəkəsən, yoxsa su. Gözləri doymur”.

Digər şəhər sakini Nadir Quliyev isə deyib ki, qablaşdırılmış su almağa imkanı olmadığından kilometrlərlə uzaq məsafədən içməli su daşımalı olur:
“Evlərə verilən su birbaşa Uzunoba gölündən götürülür. Əvvəl anbarlara doldurulub, filterdən keçirilirdi deyə tər-təmiz idi. İndi isə bulanıq və çirkli verilir. Böyük ailəyik. 20 litr su bizi bir gün ancaq görür. Gərək ayda 100 manat verib “Sirab” alam. Buna imkan olmadığından məcbur qalıb 10 kilometr uzaqdan su daşıyıram. Hər dəfə 100 litr gətirirəm, 4-5 gün görür bizi. Hər yerdən pul qazanırlar. Camaatın içməli suyuna da göz dikiblər”.

Naxçıvandakı “Sirab” mineral sular zavodunda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlaşdırılmış və qazlaşdırılmamış “Sirab” suları qablaşdırılır.

Xəbərdə qeyd edilib ki, “Sirab” zavodunun yerli hakim ailə Talıbovların biznes dairəsində olduğu bildirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar