Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada müharibə illərlə davam edə bilər, NATO Baş katibi xəbərdarlıq edib

NATO rəhbəri xəbərdarlıq edib ki, Qərb illərlə davam edə bilən müharibədə Ukraynaya dəstək verməyə hazır olmalıdır.

Baş katib Jens Stoltenberq müharibənin baha başa gəldiyini deyib, lakin qeyd edib ki, Moskvaya hərbi məqsədlərinə çatmağa imkan verməyin qiyməti daha bahadır.

NATO Baş katibi bu fikri Britaniyanın Baş naziri Boris Johnson Ukrayna müharibəsinin uzun çəkəcəyini və buna hazırlaşmağın vacibliyini bildirəndən sonra deyib.

Həm Stoltenberg, həm də Johnson daha çox silah göndərilməsinin Ukraynanın qqalib gəlmək ehtimalını artırdığını bildiriblər.

“Bunun illərlə çəkə biləcəyinə hazır olmalıyıq. Biz Ukraynanı dəstəkləməkdə ara verməməliyik, - NATO başçısı Almaniyanın Bild qəzetinə müsahibəsində deyib. -
Hətta xərclər təkcə hərbi dəstəyə görə deyil, həm də enerji və ərzağın bahalaşmasına görə yüksək olsa da belə”. 

NATO rəhbəri deyib ki,Ukraynanı daha müasir silahlarla təmin etmək onun şərqi Donbas bölgəsini Rusiya nəzarətindən azad etmək şansını artıracaq. 

Son bir neçə ay ərzində Rusiya və Ukrayna qoşunları ölkənin şərqindəki ərazilərə nəzarət etmək uğrunda döyüşülər aparıb.

Son bir neçə həftə ərazində Moskva həmin bölgədə bir qədər irəliləyib.

Sunday Times qəzetindəki məqaləsində Britaniyanın baş naziri Boris Johnson Rusiya prezidenti Vladimir Putini Ukraynanı “qəddar üsullarla əzmək” və bu ölkəyə qarşı “tükəndirmə kampaniyası” aparmaqda ittiham edib.

"Uzun bir müharibəyə hazır olmalıyıq, - Johnson yazıb. -  Zaman mühüm amildir. Hər şey Ukraynanın öz torpaqlarını Rusiyanın öz hücum imkanlarını bərpa edəcəyi vaxtdan daha tez müdafiə edə bilməsindən asılı olacaq".

Cümə günü Kiyevə baş çəkən Johnson deyib ki, Ukraynaya silah, avadanlıq, sursat və təlim dəstəyi Moskvanın özünü yenidən silahlandırmaq səylərini qabaqlamalıdır.
Ukrayna rəsmiləri son günlkərdə bildiriblər ki, ölkəyə ağır hərbi silahların təchizatı gücləndirilməlidir.

Çərşənbə günü müdafiə naziri Oleksiy Reznikov Brüsseldə Ukraynanın müdəfiəsi ilə bağlı təmas qrupunun 50-yə yaxın üzv ölkəsi ilə görüşərək Ukrayna üçün əlavə silah və sursat xahiş edib.

Ukrayna bildirib ki, Qərb müttəfiqlərinin vəd etdikləri silahların hələlik yalnız kiçik bir hissəsi ölkəyə çatdırılıb.

pia.az
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar