Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kuleba qoltuqağacında da “qələbəyə doğru” dedi - Ukraynanın xarici işlər nazirini ruslar vurub, yoxsa...

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Vladimir Zelenskinin Avropa liderləri ilə görüşündə qoltuqaltı və sol ayağına gipslə çıxıb. Ukrayna liderinin Teleqram kanalında ölkənin baş  diplomatının Almaniya kansleri Olaf Şolst, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi ilə görüşdüyünü əks etdirən video yayımlanıb.

Xarici qonaqlar görüş otağına gələndə Kuleba da orada olub və  kənarda Zelenskinin “onun ayağı sınıb” izahı eşidilir. 

Xarici işlər naziri Dmitri Kuleba idmanla məşğul olarkən ayağından ağır xəsarət alıb. O, bu barədə İnstaqramda yazıb.

Kuleba sarğılı ayağı və qoltuq dəyənəyi ilə ofisində olduğu fotonu yayımlayıb.

"Burada düşmən haqqında hekayə ola bilər. Amma əslində müharibə başlayandan bəri ilk dəfə idmana davam etmək istəyərək ayağımı zədələdim. Problemlər olur, amma məni ayaqlarımdan yerə yıxmazlar. İndi sıralardan çıxmağa vaxt yoxdur”, - deyə nazir bildirib.

O əlavə edib ki, fəal iş davam edir. "Ağır silahları göndərin, Rusiyanın sanksiya vintlərini sıxın, Ukraynaya namizəd statusunu qətiləşdirin. Hətta qoltuqaltı və bir ayaqda - Qələbəyə doğru irəliləyin", - Kuleba yekunlaşdırdı.

Dmitro (Dmytro) Kuleba 1981-ci ilin 19  aprelində Ukraynanın Sumı şəhərində anadan olub.

Diplomat İvan Kulebanın ailəsində dünyaya göz açan Dmitro 90-cı illərin sonunda  SSRİ məkanında ad-sanlı Kiyev  Beynəlxalq Münasibətlər İnstitutunun(KİMO) beynəlxalq hüquq fakültəsini bitirib və  beynəlxalq hüquq üzrə magistr dərəcəsi alıb.

Aspirantura ilə paralel olaraq Kuleba atasının əlaqələri nəticəsində Xarici İşlər Nazirliyinin hüquqi dəstək xidmətində işə düzəlib. Yuşşenkonun qələbəsindən az sonra rəsmi Kiyev Avropa İttifaqı ilə münasibətləri fəal şəkildə yaxşılaşdırmaq qərarı vermişdi. Bu səbəbdən  Kuleba Ukraynanın beynəlxalq təşkilatlar yanında xüsusi missiyasında işləmək üçün dörd il müddətinə Vyanaya göndərildi. Ölkədə yenidən hakimiyyət və bununla da beynəlxalq siyasətin vektoru dəyişənə qədər hər şey yaxşı gedirdi. Dmitro vətəninə qayıtdı, bir müddət nazirlikdə çalışdı, lakin çox keçmədən Ukrayna prezidenti Yanukoviçin rəhbərlik etdiyi hakimiyyətdə  idarəetmə üsullarından məyus oldu və diplomatik fəaliyyətinə fasilə verdi. 

2012-ci ildə baş nazirin müavini Konstantin Qrişenkonun humanitar məsələlər üzrə müşaviri işləyib. Sonradan Ukraynada baş vermiş Maydan hərəkatı və hakimiyyətə  qərbpərəst  siyasətçilərin gəlməsi onun karyerasında növbəti mərhələ açıb. 

Kuleba yenidən dövlət qulluğuna qayıtmağa ehtiyac duyub, Xarici İşlər Nazirliyində yenidən işə düzəldib.  Kuleba əvvəlki hakimiyyət dövründə zəifləmiş beynəlxalq əlaqələrin möhkəmləndirilməsi üçün görəvləndirilib.   Krımın işğalı səbəbindən Rusiyanın izolyasiya üçün Ukrayna geniş miqyaslı diplomat iş aparmalı idi ki, bu səbəbdən Kuleba Ukraynanın AŞ PA-dakı missiyasına rəhbərlik tapşırıldı. Beləliklə, Dmitro Strasburqa getdi. Rusiyanın səsvermə hüququndan məhrum edilməsində onun da diplomatik qatqıları vardı.  

Ukraynada növbəti hakimiyyət dəyişikliyi və Poroşenkonun prezident kürsüsünə oturması Kuleba üçün düşərli oldu. Təsadüfi deyil ki, siyasi dairələrdə onu hələ də “Poroşenkonun kadrı” hesab edirlər. 2019-cu ilin yayında diplomat sosial şəbəkələrdə yeni prezident Zelenski haqqında bir neçə tərifli yazılarla  gündəm oldu. Bu, yeni hakimiyyətin də diqqətindən kənarda qalmadı. Ona baş nazirin Avropaya inteqrasiyası üzrə müavini postu həvalə olundu. 

2020-ci ildə baş nazir Qonçarukun kreslosu laxladı, elə həmin ilin  martın 4-də Ali Rada cəmi altı ay işləmiş Nazirlər Kabinetini istefaya göndərdi. Yeni hökumətdə isə  Kuleba xarici işlər naziri oldu. 

 Kuleba “Garden City” ictimai təşkilatının yaradıcısı və rəhbəri, həmyaşıdı Yevgeniya Kuleba ilə evlidir. Xanımı 2020-ci ildə iqtidarda olan “Xalqın qulluqçusu” partiyasından  Kiyev Şəhər Şurasına deputat seçilib. Cütlüyün iki övladı var.  (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar