Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"İmkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin" - Deputat

"Qarabağda gözəl quruculuq işləri gedir və buna çox sevinirik. Azad olunan ərazilərimiz də çox böyükdür".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

O bildirib ki, bu boyda ərazinin dövlətin öz gücü ilə etməsi uzun zaman çəkə bilər:

"Həm də bu yükün hamısını dövlətin çəkməsi, zənnimcə doğru deyil. Bu xərclər büdcəmiz üzərində ciddi yük olacaq. Dövlət yalnız ehtiyacı olanlara ev tiksin, şəhərləri salsın. Kəndlərin tikintisi layihələndirilsin və imkanlı köçkünlər Qarabağın məskunlaşmasına cəlb edilsin. Aidiyyəti qurum layihələrin həyata keçirilməsinə, standartlara və təsdiq olunmuş layihələrə uyğun kənd evlərinin, biznes obyektlərin tikintisinə nəzarət etsin. Xalq birbaşa Qarabağın məskunlaşmasına cəlb olunsun. İnanıram ki, işğaldan azad olunan hər bir rayon və şəhərin əhalisinin 30 faizinin öz evini tikməyə gücü çatar".

Deputat qeyd edib ki, dövlət yalnız infrastruktur layihələri həyata keçirsin, tikinti materialları bazarı yaratsın, Qarabağda olan tikinti materiallarının istehsalı və satışı üçün böyük layihələrin həyata keçirilməsi üçün iş adamlarına kredit versin, şərait yaratsın:

"Dövlət tikinti materiallarının münasib qiymətə istehsal və satışına kömək etsin. Bunu edəriksə, inanıram ki, üç il ərzində Qarabağı əsasən məskunlaşdıra bilərik. Mən aidiyyatı qurumlara müraciət edirəm ki, əgər belə planlar varsa, Milli Məclisin deputatlarını da məlumatlandırsınlar. Fikir deyilə bilər ki, cənab Prezident icazəsiz bir daşın daş üstünə qoyulmamasını tapşırıb və bunu dəstəkləyirəm. Elə Bakı və ətrafnın xaosu gözümüz önündədir. Necə gəldi yox, ancaq və ancaq planlı təsdiq olunmuş layihələr üzrə tikinti olsun. Mən də bunu təklif edirəm. Təsdiq olunmuş layihələr üzrə imkanlı şəxslərə özlərinə, qohum-əqrəbasına ev tikməyə imkan verilsin. Təbii ki, çalışaq ki, bunlar birinci evləri olsun, daha tikib, qapısını bağlayıb şəhərə qayıtmasınlar. Hərçənd ki, bunu da qadağan etmək doğru olmaz. Mən xeyli insan tanıyıram ki, Bakıda evini, obyektini satıb Qarabağa köçmək istəyənlər var".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar