Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İşgəncə verdilər, sonra edam etdilər: Kiyevdə dinc əhalinin daha bir kütləvi məzarlığı tapıldı

Buçanski rayonunda rusiyalı işğalçılar tərəfindən güllələnmiş dinc əhalinin daha bir kütləvi məzarlığı aşkar edilib.

Bu barədə Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebıtov “Facebook” sosial şəbəkəsində məlumat verib.

Rusiyalılar 7 sadə vətəndaşa işgəncə veriblər, sonra isə onları başlarına güllə vuraraq vəhşicəsinə edam ediblər”, - deyə Nebıtov bildirib və dinc əhalinin dəfn olunduğu yerdən foto paylaşıb.

Onun sözlərinə görə, Buçanski rayonunun Mirotskoye kəndi yaxınlığında Rusiya Federasiyası əsgərlərinin mövqelərində güllələnmiş dinc əhalinin kütləvi məzarlığı aşkar edilib.

“Qurbanların bir çoxunun əlləri bağlanıb və dizləri güllələnib. İndi biz ölülərin şəxsiyyətini müəyyənləşdirməyə çalışırıq. Bu, Rusiya ordusunun Kiyev vilayətində növbəti sadist cinayətidir”, - deyə Nebytov vurğulayıb.

O əlavə edib ki, hər məhv edilmiş həyata, ukraynalıların ağrı və iztirablarına, şəhər və qəsəbələrin dağıdılmasına görə işğalçılar cavab verməlidir.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar