Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda taksi sürücüləri ilə sərnişinlərin bir manatlıq kondisioner davası: Kim haqlıdır? 

Yay gələn kimi ictimai nəqliyyatda kondisioner problemi də başlayır. Bakının yollarında zaman-zaman yaranan tıxacları nəzərə alsaq, insanları başa düşmək çətin deyil.

Bu günlərdə sosial şəbəkələrdə paylaşılan bir video müzakirələrə səbəb olub.

Belə ki, paytaxtda taksi xidmətindən istifadə edən vətəndaşlardan biri anormal halla qarşılaşıb. Taksi sifariş verən şəxs sürücüdən kondisioneri yandırmasını xahiş edir. Sürücü isə bunun üçün gediş haqqından əlavə bir manat pul tələb edir. Hətta bunu elan kimi yazaraq avtomobilə yerləşdirib.

Bu məsələdə nə taksi sürücülərini qınamaq olur, nə də sərnişinləri. Belə ki, taksi sürücüləri deyirlər ki, A məntəqəsindən B məntəqəsinə qədər hesablanan gediş haqqı çox azdır:

“Müştəriləri itirməsinlər deyə taksi şirkətləri aşağı qiymət təklif edirlər. Sərnişin isə avtomobilə əyləşəndə qışda soba, yayda isə kondisionerin yandırılmasını istəyir. Bu isə əlavə yanacaq sərfiyyatıdır. Biz müştəriyə izah edə bilmirik ki, onun verdiyi gediş haqqı heç avtomobilin yanacaq xərci etmir. Avtomobilin benzindən əlavə, yağı var, müxtəlif diaqnostikaları var. O cür işləmək bizə də sərf etmir axı. Biz də ailəmizi dolandırmaq üçün yollara çıxmışıq”.

Bir neçə taksi sürücüsü ilə həmsöhbət olduq və aşağı-yuxarı eyni cavabı aldıq.

Sərnişinlər isə düşünürlər ki, bu xidmətlər gediş haqqına daxildir.

Oxu.Az-ın əməkdaşı bir neçə taksi şirkəti ilə əlaqə saxlayıb məsələyə aydınlıq gətirməyə çalışıb. Eyni məsafə üçün gediş haqlarının hesablanmasını istədik. Əlaqə saxladığımız şirkətlərdən ikisi sifariş zamanı sərnişinin kondisioner istifadəsinə dair istəyini bildirməli olduğunu deyib. Çünki bu xidmət üçün şirkətlərdən biri əlavə 0,70 AZN, digəri isə 1 AZN əlavə ödəniş tələb edir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar