Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tahir Kərimli: "Normal çıxış edirsən, deyirlər, yəqin, danışmağa qədər icazə verilib"

“Xalqımızın layiq olduğundan 4 dəfə aşağı səviyyədə yaşaması ilə bağlı müsahibəm müzakirələrə səbəb olub. Əksəriyyət mənimlə həmrəylik nümayiş etdirib, amma tənqid edənlər də olub. Sosial şəbəkələrdə fikirlərimin təhrif edilməsi aqressiv rəylərə yol açıb. Deyirlər ki, Tahir Kərimli haradan bilir ki, yaşayış səviyyəsi 4 dəfə aşağıdır? Yazını tam oxumuyublar. Doğrudur, bilərəkdən də aqressiv mövqe sərgiləyənlər var. Təəssüf edirəm, təhqir edirlər, söyüş söyürlər… İqtidardan daha çox müxalifyönlü şəxslər nöqsan axtarırlar. Normal çıxış edirsən, deyirlər, yəqin, danışmağa bu həddə qədər icazə verilib, haradansa idarə olunur… Görəsən, hansı sözü deməliyik ki, “öyrədilməyib” desinlər. Heç vaxt idarə olunmamışam, sifarişlə söz deməmişəm. Mənim üçün qırmızı hədd var, o da dövlətçilikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda zəfər çalmışıq, buna necə pis demək olar?! Bu həddi keçmirəmsə, o deməkdir ki, başqa mövzularda da kimlərdənsə icazə alıram? Mən dövlətimizin inkişafı üçün çıxış edirəm, bunu başa düşmək lazımdır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

“Parlamentə seçkilərin keçirilməsinə 3 ilə yaxın vaxt qalıb, deyirlər, çıxışlarımı seçkilərə hesablayıram, absurd yanaşmadır. Heç bilmirəm, sağ qalacammı, seçkidə iştirakla bağlı qərar verəcəmmi?.. Məni dəstəkləyənlər nə üçün təhqir yazanlara cavab vermirlər? Doğrusu, fikirləşirəm, xalqım, görəsən, əvvəldənmi belə olub, indi üzə çıxır? Yoxsa müstəqillik dövründə oldu… Vallah, əvvəllər belə olmayıb. Bloqer Hüseyninin ayağından, Damlanın əlindən öpənlərin, sırğa taxıb, bədənini yazdırıb gəzən kişilərin, qeyri-etik davranış nümayiş etdirən qadınların çoxluğu… Əvvəllər belə şeylər yox idi. Peşman olmaq istəyirsən ki, bundan ötrü həyatını məhv etdin, vəzifəni qurban verdin, 22 il işsiz qaldın, təqib altında yaşadın? Ailəm, yaxınlarım indiyədək əzab çəkir… Amma sonra fikirləşirsən ki, xalqımız safdır, təmizdir, çoxunun bu yazılardan xəbəri yoxdur. Bu vətən bizimdir, təmənnasız xidmət etməliyik, pislər varsa, islah olunmalıdır. Deyirlər, Tahir Kərimli saxtakarlıqla seçilib, ən ideal seçkidə belə, seçilməyəcəkdim? Tahir Kərimlinin ən böyük arzusu odur ki, seçkilər şəffaf keçirilsin, belə sözlər də deyilməsin. Tək adamam, heç kəsin qarşısında öhdəliyim yoxdur. Adamı vaxtilə Eldar Namazovun və digərlərinin vasitəsilə 10 parlamentdə oturan, legitimlik verən AXCP üzvləri, müsavatçılar tənqid edirlər. “Əbülfəzi sən yıxdın, indikilərin qarşısında sındın” deyirlər. İndiki hakimiyyət pis idisə, o zaman Əbülfəz niyə gətirirdi? Onu mən yıxmamışam, deyirdim, yıxılma, hakimiyyəti qorumaq, işləmək lazımdır. Əbülfəzin ətrafındakılarının da günahını üstümə atırlar. Adam heç danışmaq istəmir, nə deyəsən… Ürək dözmür, vətəni daha yaxşı görmək istəyirsən… Dürüst yol tuta bilsək, daha çox uğur qazanarıq” – T.Kərimli qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar