Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeravanda bitməyən mitinqlər... - Müxalifətin davranışlarında Ermənistanın yararına ola biləcək hansı konturlar var?

Ermənistan müxalifəti sülh prosesinə əngəl olmağa çalışmaqla nəyə can atır və hər hansı bir halda hakimiyyətə gələrlərsə, Paşinyandan fərqli davranmaq imkanları varmı?..

Politoloq: “Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüsselin nəzarətinə keçməsindən narahatdır və bu yolla prosesi öz nəzarətinə qaytarmaq istəyir” .

“İki aydır davam edən etirazlar səmərəsiz olsa da, Nikol Paşinyanı real addımlar atmaqdan çəkindirir”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Ermənistanda səngimək bilməyən mitinqlərin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanda hakimiyyət əleyhinə keçirilən nümayişlərin ardı-arası kəsilmir. Bu aksiyaların əsas məqsədi isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının qarşısını almaqdır. Eyni zamanda mitinqi keçirən müxalifət qüvvələr Azərbaycanla sülh müqaviləsinin imzalanmasına gedən prosesi dayandırmaq istəyirlər. Orta hədəf Paşinyanı və komandasını hörmətdən salmaq, uzaq hədəf isə onu qovmaqdır.

Ermənistan müxalifəti sülh prosesinə əngəl olmağa çalışmaqla nəyə can atır və hər hansı bir halda hakimiyyətə gələrlərsə, Paşinyandan fərqli davranmaq imkanları varmı? Ümumiyyətlə müxalifətin davranışlarında Ermənistanın yararına ola biləcək hansı konturlar var?

Ermənistanda keçirilən mitinqlərdə əsas məqsədin nələr olmasını PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Küçədə olan müxalifət kriminal elementlərə malikdir. Hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə edə bilərlər”.

Ermənistanda etiraz edən müxalifət qüvvələrin Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinə getməyərək Paşinyandan əvvəlki hakimiyyətin siyasətini aparmaq istədiklərini düşünən politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, əgər müxalifət hakimiyyətə gələrsə, AzərbaycanErmənistan arasında danışıqlar dayana bilər və müharibə riski artar:

Ermənistanda aprelin 25-dən başlayan etiraz aksiyaları əsasən Brüsselin vasitəçiliyinə qarşıdır və bu aksiyalar əslində Moskvadan verilən təlimatlara əsasən keçirilir. Çünki Moskva Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüsselin nəzarətinə keçməsindən narahatdır və bu yolla prosesi öz nəzarətinə qaytarmaq istəyir.

Bu aksiyaların sifarişi Kremldən gəlir və hələki etiraz aksiyalarına xalqın geniş dəstəyi yoxdur. Qarabağ klanın rəhbərliyi Robert Köçaryan və Serj Sarkisyan, həmçinin parlamentdə “Şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan, daşnak vitse-spiker İşxan Saqatelyan konkret Kremlə bağlı şəxslərdir. Onlar Nikop Paşinyanı devirib hakmiyyət kürsüsündə oturaraq Moskvanın maraqlarına xidmət etmək və öz yaşayışlarını təmin etmək istəyirlər.

Bundan əlavə Ermənistanda etiraz edən müxalifət qüvvələri Azərbaycan və Türkiyə ilə sülh müqaviləsinə getməyərək Paşinyandan əvvəlki hakimiyyətin siyasətini aparmaq istəyirlər. Əgər, bu müxalifət hakimiyyətə gələrsə, AzərbaycanErmənistan arasında danışıqlar dayana bilər və müharibə riski artar. Bu yolla iki ölkə arasında olan düşmənçiliyi də yeni mərhələyə keçirəcəklər.

Məhəmməd Əsədullazadə: “Onlar hesab edirlər ki, dəyişən geosiyasi konturlar Ermənistanın yenidən Azərbaycan üzərində qələbəsini təmin edə bilər. Ancaq bu sadəcə xəyaldır”.

Onların əsas məqsədləri regionda sülhün olmamasıdır və düşünürlər ki, Rusiyanın köməyi ilə yenidən Azərbaycan torpaqlarını işğal edə bilərlər. Eyni zamanda Rusiya da ErmənistanAzərbaycan üzərində olan tam nəzarətini əlində saxlamaq istəyir. Buna görə də bölgədə davamlı sülhün əldə olunması Rusiyanın maraqlarına tamamilə ziddir.

Amma, belə bir perspektiv görünmür. Onu da qeyd edim ki, iki aydır davam edən etirazlar səmərəsiz olsa da, Nikol Paşinyanı real addımlar atmaqdan çəkindirir. Küçədə olan müxalifət kriminal elementlərə malikdir. Hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə edə bilərlər.

Müxalifətin etirazları Ermənistan üçün heç bir xeyri yoxdur. Bu, ölkəni növbəti mərhələdə blokadada qalmasına səbəb olur. Ona görə də xalq heç bir xeyri olmayan müxalifətə dəstək vermir. Burda müxalifətin əsas məqsədi hakimiyyətə gələrək sülh prosesini uzun müddət əngəlləməkdir. Onlar hesab edirlər ki, dəyişən geosiyasi konturlar Ermənistanın yenidən Azərbaycan üzərində qələbəsini təmin edə bilər. Ancaq bu sadəcə xəyaldır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar