Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin ABŞ-a necə qalib gələcək?.. - Pekin Ukrayna məsələsində “saqqızı niyə uzadır?”

Endryü Natan
“Foreign Policy” nəşri, ABŞ, 07 iyun 2022-ci il

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə uzandığca və hücum tempi aşağı düşdükcə, Moskvanın dqüşmənləri artır, dostları isə azalır. Bu məsələdə ancaq Belarusu istisna etmək olar. Hətta Rusiyanın ənənvi tərəfdaşı olan Çin belə Moskva ilə ara məsafə saxlayır.

Bir tərəfdən Pekin Rusiyanın təhlükəsizlik qayğılarına qarşı çıxdığına görə Qərbi günahlandırır, digər tərəfdən isə ölkələrin ərazi bütövlüyünə dəstək verərək problemin danışıqlar yolu ilə həllinə çağırır. Bəs Çin niyə Rusiya prezidenti Vladimir Putin nə dəstəkləmir, nə də onun hərəkətlərini pisləmir?

Bu sualın cavabı Çinin xarici siyasətinin birinci prinsipində gizlənib: Çində ABŞ-a qarşı dərin inamsızlıq var. Artıq on illərdir ki, Çin Asiyanın dominant ölkəsinə çevrilmək üçün mübarizə aparır. Əslində realist strategiyaya əsaslanan Çin liderləri ədalətli olaraq gözləyirdilər ki, ABŞ buna qarşı çıxacaq və fövqəldövlət olaraq özünün regiondakı “mirası” uğrunda mübarizə aparacaq. Rəsmi Pekinin fikrinə görə Amerika da bütün bu zaman içində bunu etməklə məşğuldur. Lakin zamanla Çin rəhbərliyində belə bir fikir formalaşıb ki, ABŞ-ın Çinə qarşı apardığı mübarizə iqtisai deyil, ideoloji əsas daşıyır və Vaşinqtonun əsas hədəfi insan haqqlarının müdafiəsi adı altında Çin Kommunist Partiyasının hakimiyyətini devirməkdir.

Bunun üçün də ABŞ Çin hakimiyyətinin nəzarət etdiyi bölgələrdə, Tibet, Sinçzyan, və Honkonq kimi ərazilərdə Pelinin nüfuzunu sarsıtmağa çalışır. Həmçinin ABŞ Tayvanı materikdən daha da uzaq tutaraq Çinin Cənubi Çin dənizində qanuni haqqlarına sahib olmasına əngəl olur. Pekinə görə ABŞ öz müttəfiqləri və tərəfdaşları ilə danışıqlara gedərək Çinə qarşı koalisiya formalaşdırıb və bu koalisiyanın əsas hədəfi Çinin qarşısını almaqdır. Belə koalisiyalardan ABŞ, Hindistan, Yaponiya və Avstaliyanın formalaşdırdığı (QUAD) dördtərəfli dialoq və təhlükəsizlik sazişidir. Bundan başqa ABŞ gömrük tariflərini qaldıraraq ÇXR-in Qərblə iqtisadi inteqrasiyasını əngəlləyir ki, bu da Çinin uğurlu iqtisadi modelinin zəifləməsinə yönəlmiş addımdır.

Buna baxmayaraq Çin ardıcıl olaraq öz seçdiyi yolla davam etməkdədir. Bir çox problemlərə, o cümlədən Şanxayda və digər şəhərlərdə COVID-19 pandemiyasının yaratdığı iqtisadi fəsadlara baxmayaraq, hakim partiya əmindir ki, “böyük və müasir sosialist ölkəsi”ni inşa edə biləcək. Çinin əsas hədəfi ÇXR-in elan olunmasının yüz illik yübileyinə, yəni 2049-cu ilə qədər inkişaf etmiş, güçlü və demokratik, mədəni cəhətdən inkişaf etmiş bir fövqəldövlət inşa etməkdir.

Çin liderləri həmçinin əmindirlər ki, ABŞ iqtisadiyyatıtı tənəzzül prosesinin durğunluq mərhələsinə girib və bu qarşısıalınmaz prosesdir. Məhz buna görə də ABŞ özünün Asiyadakı əsas rəqibini kənrlaşdırmağa çalışır. Ancaq məsələ ondadır ki, Çin liderlərinin bu əminliyi Marksist teoriyaya dayanır. Marksist teoriyaya görə isə ABŞ iqtisadiyyatı kimi yetkin və inkişaf etmiş iqtisadiyyat maliyyə böhranları və sinfi münaqişələrlə üzləşməlidir. Çində hesab edirlər ki, bu böhran və münaqişələr də ABŞ iqtisadiyyatını inkişafın zirvəsindən yerə çırpmalıdır. Onların bu əminliyi həmçinin ABŞ-ın son zamanlar üzləşdiyi problemlərlə də daha da möhkəmlənir.

Bu əminlik Çində 2008-ci ilin maliyyə böhranından sonra yaranıb. Həmin vaxt isə Çinin Baş nazirinin müavini Van Tsişan dönəmin maliyyə naziri Henri Polsona belə demişdi: “Siz nə vaxtsa bizim müəllimimiz idiniz. İndi isə bizim müəllimiz heç də çox ağıllı görünmür”.

Bundan sonrakı dönəmdə isə Pekin diqqətlə Obamanın qətiyyətsiz adminstrasiyasını, qəddarcasına aparılan 2016-cı il prezident seçkilərini, Tramp adminstrasiyasının COVID-19-a qarşı fələkətlə nəticələnən yanaşmasını, Konqres binasına hücumu, ABŞ-ın utancverici şəkildə Əfqanıstandan qaçmasını izlədi. Hazırda isə Pekin Bayden dönəmində Amerika cəmiyyətinin iflicinin sürətlə yayılmasını izləməkdədir. Bütün bu vaxt ərzində isə ABŞ-ın Sakit okeandakı Hərbi Dəniz Donanması onların Çinin qarşısını almaq üçün kifayət qədər gəmilərinin olmamasından şikayətlənirdilər. Və ötən bu zaman ərzində ABŞ-ın dünya iqtisadiyyatındakı ÜDM payı 30%-dən 24%-ə düşüb.

Pekinə görə Rusiyanın Ukraynada başlatdığı müharibə də ABŞ-ı daha da zəiflədə bilər. Çünki bu müharibə bir daha ABŞ-ın qətiyyətsizliyini, onun liderlik etdiyi ittifaqın isə nə qədər kövrək olduğunu ortaya qoydu. Rusiyanın başlatdığı müharibə hər şey baş-ayaq çevirsə də, Pekində hesab edirlər ki, bu müvəqqətidir.

Lakin Ukrayna böhranı ABŞ-ın siyasi isteblnşmentində təsadüfi hallarda rast gəlinən konsesus yaratdı, həmçinin Vaşinqtonun liderliyində olan ittifaq sistemini möhkəmləndirdi, eyni zamanda dəyərlər və sistemlər münaqişəsi fonunda Ağ Evin Rusiya və Çinə qarşı yanaşmasını daha da sərtləşdirdi. Putinin başlatdığı müharibə ABŞ-ın Çinə qarşı təzyiqlərini də artırdı. Bu təzyiq təkcə Çinə qarşı deyil, Hindistana qarşı da sərtləşib və Vaşinqton hər iki ölkədən Rusiya ilə iqtisadi əlaqələri zəilətməyi tələb edir. Çin üçün ən pisi isə odur ki, ABŞ-ən Tayvan qarşısında təhlükəsizlik öhdəliyi daha da möhkəmləndi.

Bu konteksdə Çinin strateji seçimi ondan ibarətdir ki, ABŞ-ın iqtisadi tənəzzülünü əngəlləyəcək heç bir addım atmasın. Çin Vaşinqtonun hər kəsə mənəvi dərs verməsindən, hər şeyi doğru, eyni zamanda beynəlxalq qanunlara uyğun davranmadından əminliyini ortaya qoymasından və etdiyi hər şeyin Çinin milli maraqlarına cavab verdiyini israr etməsindən, hətta onun dediklərini etməzsə, Pekini cazalandıracağı ilə bağlı söyləntilərindən dərindən hiddətlıənir.

Amerika tərəfi üçün bütün bu yanaşmalar səmimi görünsə də, Çin üçün bu ikiüzlülüyün və öxünüaldatmanın nümunəsidir. Çünki Pekinə görə bütün bu yanaşmalar həmişə ancaq ABŞ-ın maraqlarını təmin edir. Pekinə görə bütün bunlar mənəvi utancverici haldır və bu yolla ABŞ özünün siyasi hegemoniyasını və müxtəlif regionlara hərbi müdaxiləsini qanuniləşdirir. İndi isə Birləşmiş Ştatlarda Putinin başlatdığı müharibədən Rusiya və Çini bir-birindən ayıermaq üçün maksimum yararlanmağa çalışırlar.

Pekin isə bu tələyə düşmək istəmir. Bunun yerinə Çin köhnə və etibarlı tərəfdaşları ilə münasibətlərini qoruyub saxlamağa çalışır. Çinə görə ancaq bu yolla ABŞ-ın hədsiz təkəbbürünü yenmək mümkündür.

Çin və Rusiyanı birləşdirən əsas dəyər isə ABŞ-a qarşı olan ortaq düşmənçilikdir. Müharibədən əvvəl Çin və Rusiya liderlərinin görüşünü iki ölkənin sərhədsiz əməkdaşlığı ilə bağlı ifadələrlə şişirtməyə çalışdılar. Çünki Rusiya üçün Çinin Tayvanda və Cənubi Çin dənizində olan təhlükəsizlik problemləri heç bir əhəmiiyyət kəsb eləmir. Çin üçünsə Rusiyanın təhlükəsizlik problemi adı altında Şərqi Avropaya hərbi müdaxiləsi heç də maraqlı deyil. Baxmayaraq ki, Çinlə Rusiya arasında sərhəd mübahisələri 2008-ci ildə öz həllini tapıb, Çin Rusiyanın ona qarşı tarixən aqressiv davranışlarını heç də yaddan çıxarmayıb. Rusiya isə əvvəlki kimi ucuz işçi qüvvəsi olan çinlilərin Rusiyanın az məskunlaşma olan Uzaq Şərq vilayətlərinə axınından narahatdır.

İki ölkə Şanxay Əməkdaşlıq Təşkilatı vasitəsi ilə birgə təhlükəsizlik siyasəti formalaşdırsalar da, tərəflər arasında rəqabət ən yüksək səviyyədədir. Çin Rusiyadan neft və qaz alır, lakin ticarətdə sərt qiymət qaydaları tətbiq edir. Çinin dövlət lideri Si Tsinpinin ideologiyası ateist sosializmini təbliğ edir. Putin üçünsə bu münasibətlər xristian kleptokratik kapitalist münasibətlərindən başqa bir şey deyil.

Bütün bu fikir ayrılıqlarına baxmayaraq, Çin strateqləri yaşadıqları dünyanı istədikləri kimi deyil, olduğu kimi qəbul edirlər. Şübhəsiz ki, Putin öz addımları ilə Rusiyanı sürətlə dəyər itirən və kiçilən strateji aktivə çevirib. Bu konteksdə Pekin Moskvanın bir çox addımlarını doğru hesab etmir və ümumiyyətlə Ukrayna ordusunun müqavimət gücünü bilmədən belə bir müharibəyə başlamağı avantüra hesab edir. Digər tərəfdən isə bu müharibə Avropanın Amerika ilə həmrəyliyini daha da gücləndirdi. Həmçinin Rusiyanın hərbi qüdrəti də gözləntilərdən çox aşağı oldu.

Ancaq məsələ ondadır ki, əgər Putin rejimi çökməzsə, Rusiya nə qədər zəifləsə belə, yenə də Çinin ABŞ hegemoniyasına qarşı mübarizəsində strateji tərəfdaşı olacaq. Ona görə də Pekin özünün əsas strateji xəttindən imtina etmək isəmir.

Ancaq Çin həm də istəmir ki, Putin onu vaxtından əvvəl Qərblə qarşıdurmaya cəlb eləsin. Pekində hesab edirlər ki, tarix öz axarı ilə getməlidir. Nə vaxt ki, Çin tədricən yüksələcək və ABŞ tədricən tənəzzül edəcək və “göy altındakı imperiya”nın qarşını almağa gücü qalmayacaq, o zaman Çin öz sözünü deyəcək.

Adətən şablon baxışlara sahib olan Si 2017-ci ildə dönəmin ABŞ prezidenti Donald Trampla görüşündə Çinin iradlarını və dünyaya baxışlarını olduğu kimi dilə gətirmiş və sonda belə demişdi: “Çin və ABŞ-ın münasibətlərinin uğurlu olması üçün minlərlə səbəb var”.

2021-ci ilin noyabrında isə o, Baydenə dostluq təklifini yeniləmişdi: “Ümidverici və sabit Çin-ABŞ münasibətləri iki ölkənin də inkişafı üçün lazımdır. Eyni zamanda bu beynəlxalq şəraitin sülh və əmin-amallıq içində olması üçün də vacibdir. Çin və Birləşmiş Ştatlar bir-birlərinə hörmət etməli, sülh içində yaşamalı və qarşlıqlı faydalı əməkdaşlığa can atmalıdır.

Amerikanın və onun müttəfiqlərinin etimadını qazanmaq Çin üçün həmişə çətin məsələ olub. Çünki Pekinin hegemoniyaya can atması təkcə Vaşinqtonda deyil, Çinin yaxın ətrafında olan ölkələdə də neqativ təsir yaradır. Əgər indi Pekin Putinin “xüsusi əməliyyatının” arxasınca getsə, o zaman bu Çinin dünyada artan nüfuzuna müqaviməti artıracaq və Qərb bazarına, sərmayə və texnologiyasına çıxışını məhdudlaşdıracaq.

Bütün bu mürəkkəb hesablamalar Çinin Ukrayna məsələsində həm hərəkətlərində, həm də bayanatlarınada niyə “orrta məxrəc” mövqeyində dayandığını izah edir. Çin Birləşmiş Ştatlara sitəm edir ki, onlar Putini elə bir vəziyyətə gətirib çıarıblar ki, Rusiya prezidenti ölkəsinin təhlükəsizliyi naminə Ukraynayla müharibəyə girib. Eyni zamanda Pekin müharibənin dayandırılmasını və Ukraynanın ərazi bütövlüyünü tanıdığını da bildirir. Çin Rusiya ilə alverə gedərək çox ucuz qiymətə neft və qaz əldə edir, lakin buna baxmayaraq Rusiya qarşı sanksiyaları pozmaqdan da yayınır.

Görünür ki,amerikan siyasətçiləri Çinin bu ehtiyatlı strategiyasını başa düşür və bu strategiyanı qəbul etməyə hazırdırlar. Martın 18-də Si ilə videokonferans keçirən Bayden də susqun bir şəkildə Çinin “orrta məxrəc” mövqeyində durmasına imkan verdi və öz təhdidlərini Rusiyaya “maddi dəstək”lə məhdudlaşdırdı.

Bu termin heç də bir mənalı başa düşülməyə bilər, hər halda bu təhdid Çinin Rusiyaya silah göndərməsinə və Rusiyaya qarşı sanksiyalardan yan keçən ticarətə aid idi.

Böyük ehtimalla Çin bu gün Avropada oynanılan dramdan kənarda qalacaq, lakin buna baxmayaraq Ukrayna müharibəsin toz-torpağı yatışandan sonra özünün Asiyadakı hegemonyasını bərqərar etmək üçün çıxdığı uzun yolu davam etdirəcək.

Müəllif: Endryü Natan – Kolumbiya universitetinin politologiya professoru, “Çin öz milli təhlükəsizliyinin axtarışında” kitabının həm müəllifi.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar