Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Taxıl blokadasına görə BMT qərarı ilə Rusiyaya qarşı beynəlxalq koalisiya yaradıla bilərmi?..

Aclıq təhlükəsi böyüyərsə, beynəlxalq qanunlar və BMT nizamnaməsi Qara dənizdə mühasirədə saxlanılan taxıl gəmilərinin blokadadan azad olunması üçün beynəlxalq koalisiya yaradılmasına imkan verir ki, bu koalisiya da Rusiyaya qarşı formalaşacaq...

Politoloq: “Rusiyanın Ukrayna limanlarında qalmış 25 milyon tona yaxın taxılın dünya bazarlarına çıxarılmasına imkanlar yaradılması ilə əlaqədar sövdələşməyə getmək və güzəştlər əldə etmək istəyi açıq görünür”.

Rusiya əleyhinə faktiki olaraq böyük bir koalisiya formalşıb. Amma nəzərə almalıyıq ki, Rusiya BMT Təşhlükəsizlik Şurasında veto hüququna malikdir və Moskva bu müstəvidə hər hansı təşəbbüsün qarşısını ala bilər”.

Bu sözləri politoloq Zaur İbrahimli Rusiya ordusunun Ukraynanın ikinci ən böyük taxıl terminalını bombalanmasını və Ankarada aparılan danışıqları PİA.az-a şərh edərkən qeyd edib.

Qara dənizdə Ukrayna limanlarının blokadaya alan Rusiya bilərəkdən dünyada ərzaq qıtlığı yaratmaqda ittiham olunur. Son olaraq belə bir ittihamla BMT tribunasından Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel çıxış edib.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov bu məsələ ətrafında Türkiyədə müzakirələr aparır. Rusiyanın irəli sürdüyü təklifləri isə Ukrayna qəbul etmir. Çünki bu təkliflər Ukraynanın suverenliyini pozur. Ankarada aparılan danışıqlar zamanı isə Rusiya ordusu Nikolaevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını bombalayıb.

Xatırladaq ki, Qara dənizdə Rusiya-Ukrayna müharibəsi səbəbindən gəmilərə yüklənmiş 25 milyon tondan artıq taxıl Odessa Limanını tərk edə bilmir. Mariupl və digər limanlarda olan buğda isə Rusiya tərəfindən oğurlanıb. Həmin buğdaların bir qismi Suriyaya, bir qismi isə Rusiyaya yollanılıb.

Rusiya-Ukrayna müharibəsi səbəbindən bir çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən Afrika ölkələrində aclıq təhlükəsi yaranıb. Rusiya isə bundan şantaj kimi istifadə edərək oma qarşı tətbiq olunan sanksiyaların ləğvindən sonra Qara dənizdə Ukrayna limanlarının blokadasını qaldlra biləcəyini bildirir. Lakin son zamanlar Rusiyanın mövqeyində müəyyən dəyişiklilər yaranıb ki, bu da Rusiyaya qarşı BMT səviyyəsində koalisiyanın yaradılması ehtimalı ilə bağlıdır.

Məsələ ondadır ki, aclıq təhlükəsi böyüyərsə, beynəlxalq qanunlar və BMT nizamnaməsi Qara dənizdə mühasirədə saxlanılan taxıl gəmilərinin blokadadan azad olunması üçün beynəlxalq koalisiya yaradılmasına imkan verir ki, bu koalisiya da Rusiyaya qarşı formalaşacaq. Əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya asanlıqla bu qətnaməyə veto qoya bilər. Lakin bundan sonra məsələ BMT-nin Baş Assembleyasının müzakirəsinə çıxarıla bilər ki, burda Moskva tamamilə aciz qalalcaq. Moskva özü üçün vəziyyətin nə qədər kritik olduğunu anlasa da, yaranmış şəraitdən yararlanamğa çalışır.

Türkiyədəki danışıqlar səmərəsiz olarsa, dünyanı qida çatışmamazlığından xilas etmək üçün hansı addımlar atıla bilər? Ukrayna limanlarını blokdadan azad etmək üçün BMT qərarı ilə Rusiyaya qarşı beynəlxalq koalisiya yaradıla bilərmi və ümumiyyətlə Rusiya taxıl şantajı ilə istədiyinə nail ola bilərmi?

Qara dənizdə taxıl gəmilərinin blokadası ilə bağlı Rusiya-Ukrayna mübahisəsinin son gedişini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Rusiya taxılın dünya bazarına çıxarılması üçün sanksiyaların ləğvini tələb edirsə, Ukrayna da bu məsələdən Rusiyaya qarşı beynəlxalq miqyasad təbliğat vasitəsi kimi istifadə edir. Yəni əslində hər iki tərəf taxıl blokadasının davam etməsi üçün səylər nümayiş etdirirlər”.

Ankarada Ukraynada taxılın daşınması ilə bağlı Rusiya Türkiyə danışıqları Kiyevin iştirakı olmadan keçirildiyini vurğulayan politoloq PİA.az-a bildirib ki, Rusiya müəyyən güzəştlərə gedərsə və Ukraynanın suveren hüquqlarını tanıyarsa, Kiyevin buna qarşı olması imkanları az olacaq:

Rusiyanın Ukrayna limanlarında qalmış 25 milyon tona yaxın taxılın dünya bazarlarına çıxarılmasına imkanlar yaradılması ilə əlaqədar sövdələşməyə getmək və güzəştlər əldə etmək istəyi açıq görünür. Hazırda Rusiyanın bu taxılın Qara dənizdən çıxarılmasına əngəl olmaq imkanlarının qarşısını yaxın müddətdə almaq real görünmür. Rusiya açıq şəkildə yaranmış kritik vəziyyətdən yararlanmağa çalışır və bu da əslində beynəlxalq miqyasda olan şantakdır ki, artıq bir çox Qərb siyasətçiləri də bunu açı-açıq dilə gətirirlər. Məhz bu səbəbdən Ukraynaya işğalçı hücum başlayandan üç ay sonra BMT-nin vasitəçiliyi ilə taxılın daşınması yollarının müzakirəsi başlayıb.

Ukraynanın irəli sürüdüyü şərtlər Rusiya tərəfindən qətiyyən qəbul edilmir və çətin ki, qəbul edilsin. Məhz buna görə, Ankarada Ukraynada taxılın daşınması ilə bağlı BMT, Rusiya VƏ Türkiyə danışıqları Kiyevin iştirakı olmadan keçirilir. Rusiya müəyyən güzəştlərə gedərsə və Ukraynanın suveren hüquqlarını tanıyarsa, Kiyevin buna qarşı olması imkanları az olacaq. Daha əvvəl Ukraynadakı taxılın dünya bazarına çıxarılması üçün Rusiya bir çox təkliflər irəli sürüb. Onlardan biri də taxılın Belarus ərazisindən daşınması ilə bağlıdır. Lalkin bu təkliflər Ukraynanın suveren haqqlarını pozduğuna görə Kiyev bu təkliflərdən qətiyyətlə imtina edib.

Hazırda Rusiyaya qarşı müharibədə Ukrayna Qərb ölkələrinin yardımları ilə duruş gətirə bilir. Lakin müharibənin beynəlxalq miqyasda humanitar fəlakətə çevrilməsi nir çox beynəlxaq qurumları hərəkətə keçirəcək. Ona görə də bu məsələdə tez bir zamanda BMT çərçivəsində konsessun əldə olunması vacibdir. Məsələ ondadır ki, Rusiya taxılın dünya bazarına çıxarılması üçün sanksiyaların ləğvini tələb edirsə, Ukrayna da bu məsələdən Rusiyaya qarşı beynəlxalq miqyasad təbliğat vasitəsi kimi istifadə edir. Yəni əslində hər iki tərəf taxıl blokadasının davam etməsi üçün səylər nümayiş etdirirlər.

Zaur İbrahimli: “Rusiya üçün BMT və digər ölkələrin bu təşəbbüslərinə qarşı getmək də asan məsələ deyil. Çünki Moskva üçün indiki halda dünyada aclığa səbəb olacaq səbəbkar kimi göstərilmək perspektivi yaxşı heç nə vəd etmir”.

Hazırda Kiyev sərt açıqlamalar və şərtlər irəli sürməklə müəyyən məsələlərdə Rusiyanın güzəştli mövqeyinə nail olmağa çalışır. Bu ukraynalı əsirlər, yaxud Qərbin hərbi və maliyyə dəstəyinin artırılması ilə bağlı ola bilər. Ukraynannın suverenliyinin qorunması çərçivəsində taxılın daşınmasıbna Rusiya güzəştə gedərsə, Ukraynanın bu və digər şərtlərlə buna razılaşmaqdan başqa alternativi qalmayacaq.

Əslində bu gün dünyada Rusiya əleyhinə faktiki olaraq böyük bir koalisiya formalşıb. Amma nəzərə almalıyıq ki, Rusiya BMT Təşhlükəsizlik Şurasında veto hüququna malikdir və Moskva bu müstəvidə hər hansı təşəbbüsün qarşısını ala bilər. Lakin, məsələ BMT Baş Assambleyasına çıxarılarsa, o zaman Rusiya üçün yaxşı heç nə görünmür. Baş Assambleya da belə bir koalisiya yarada bilər ki, bu da Rusiyanın tamamilə təklənməsinə yol açacaq və hadislərin belə inkişafı təbii ki, Rusiyanın marağı xaricindədir. Ona görə də Rusiya güzəştə getməyə hazır görünür, amma yenə də vəziyyətdən yararlanmaq üçün səylər göstərir.

Rusiya üçün BMT və digər ölkələrin bu təşəbbüslərinə qarşı getmək də asan məsələ deyil. Çünki Moskva üçün indiki halda dünyada aclığa səbəb olacaq səbəbkar kimi göstərilmək perspektivi yaxşı heç nə vəd etmir. Bu Rusiyanın onsuz da pis olan imicini tamamilə darmadağın edə bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Ən çox oxunanalar