Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Şurasında müsəlmanlara qarşı ayrı-seçkiliyə həsr edilmiş seminar keçirilib

Avropa Şurasında müsəlmanlara qarşı ayrı-seçkiliyə həsr edilmiş seminar keçirilib.

“Report “un yerli bürosu xəbər verir ki, ”Avropada təşəbbüs və siyasətlərdə müsəlmanlara qarşı və digər dini ayrı-seçkiliyin qarşısının alınması və mübarizə” adlı seminarda Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi, kommunikasiya direktoru Daniel Höltgen, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, Türkiyənin, İrlandiyanın və digər üzv ölkələrin Avropa Şurası yanında daimi nümayəndələri, Avropa Komissiyasının irqçilik və dini ayrı-seçkilik Bürosunun üzvü Domenika Qedei Biidu, müsəlmanlara qarşı ayrı-seçkilik üzrə ATƏT-in prezidentinin şəxsi nümayəndəsi, səfir Mehmet Paçacı, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi, səfir İsmət Jahan və digər rəsmi şəxslər iştirak ediblər.

Avropa Şurası baş katibinin antisemitizm, müsəlmanlara və digər dinlərə qarşı ayrı-seçkilik və nifrət cinayətləri məsələləri üzrə xüsusi nümayəndəsi Daniel Höltgen Avropa ölkələrində yaşayan müsəlmanlara qarşı baş verən ayrı-seçkilik hallarının artmaqda olan qlobal problemlərdən birinə çevrildiyinə təəssüfünü bildirib.

Tədbirdə iştirak edən ekspertlər Avropa ölkələrində bu məsələdə böyük işin aparılmasının vacibliyindən danışıb, bu sahədə aparılan mübarizənin səmərəliliyinin təmin edilməsi üçün bir sıra tövsiyələr irəli sürüblər. Ekspertlər bu sahədə əldə etdikləri dəlil və elmi araşdırmaları tədbir iştirakçıları ilə bölüşüblər.

Bildirilib ki, ayrı-seçkilik halları ifşa olunmalı, ayrı-seçkiliyin qurbanı olan müsəlmanlar susmamalıdırlar. İkinci mərhələ kommunikasiya, son mərhələ müdafiə olunmaq, vəziyyətin çözülməsi üçün göstərilən təşəbbüs və səylərdən ibarət olmalıdır.

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Azərbaycanda dinlərarası dialoqun inkişafı çərçivəsində görülən işlər, "Bakı Prosesi” təsis olunduqdan sonra ölkəmizin bu sahədə həyata keçirdiyi tədbirlər, Bakı Beynəlxalq Humanitar Forumu haqqında məlumat verib.

Avropa Komissiyasının irqçilik və dini ayrı-seçkilik Bürosunun üzvü Domenika Qedei Biidu Komissiyanın müsəlmanlara qarşı ayrı-seçkilik, qarşısının alınması və mübarizəyə həsr edilmiş tövsiyələri haqqında məlumat verib.

Tədbirdə iştirak edən ekspertlər bütün Avropa ölkələrində bu sahədəki qanunların yenidən nəzərdən keçirilməsinin, onların təkmilləşdirilməsinin vacibliyini bildirib, müsəlmanlara qarşı qərəzli fikirlərin yayılmasına səbəb olan bütün əməllərin cəzalandırılmasının əhəmiyyətindən danışıblar.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar