Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nadir torpaq elementləri uğrunda mübarizə - Çin ABŞ-ı silahsız və texnologiyasız qoya bilər…

Ekspertlər: “Çinin tam müstəqil hegemoniyaya sahib olmaq cəhdləri ABŞ-ın idxaldan olan, o cümlədən nadir torpaq elementlərinin idxalından asılığının artması üzərində formalaşıb və bu milli təhlükəsizliyimizin əsas probleminə çevrilməkdədir”...

Əgər bütün dünya üzrə nadir torpaq minerallarının 90%-nə nəzarət edən Çin, bu metalalrın ABŞ-a ixracına son versə, bir il sonra Amerika ordusunun silahla təminatı duracaq. Eyni zamanda ABŞ müasir texnologiyadan da məhrum olacaq.

PİA.az xəbər verir ki, bu barədə ABŞ-ın “Fox News” nəşrinin yayımladığı araşdırmada bildirilir.

Gələn həftə Asiya turuna çıxan ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə olaraq çinli həmkarı, Çin Xalq Respublikasının Müdafiə naziri Vey Fenxe ilə görüşəcək. Nəşrin yazdığına görə iyunun 3-də Çin höküməti görüşün baş tutması üçün rəsmi şəkildə Pentaqona müraciət ünvanlayıb. Görüşün gündəliyi ilə bağlı məlumatlı olan Amerikalı məmur bildirib ki, əsas diqqət “rəqabətin idarə olunmasına” yönələcək.

Hazırda isə Biləşmiş Ştatlarla Çin arasında əsas rəqabət sahələrindən biri olaraq nadir torpaq elementləri uğrunda mübarizəyə yönəlib. Bu 17 kimyəvi element faktiki olaraq bütün elektronikanın istehsalında istifadə olunur. Çindən alınan bu nadir torpaq elementləri ABŞ-ın milli təhlükəsizliyi üçün o qədər əhəmiyyətlidir ki, Müdafiə Nazirliyi Nümayəndələr Palatasının Silahlı Qüvvələrlə bağlı Komitəsindən bu mineralların böyük ehtiyatını təmin etmək məqsədi ilə 253, 5 milyon dollar ayırmağı xahiş edib. Əgər bu mineralalrın idxalında problem yaranarsa, o zaman ABŞ-ın qırıcılar uça bilməyəcək, tankları dayanacaq və Amerikan hərbiçilərinin rabitə ilə bağlı problemləri yaranacaq.

Silahlı Qüvvələrlə bağlı Komitədə iki partyanın təmsilçiləri olan senatorlar Mark Kelli və Tom Kotton birlikdə REESHORE adlanan qanun layihəsi hazırlayıblar. Bu qanun layihəsi ABŞ silahlı qüvvələri üçün vazkeçilməz olan nadir torpaq elementlərinin Amerika torpaqlarından çıxarılmasına və daha böyük ehtiyatın yaradılmasına kömək edəcək. Daha əvvəl astronavt olan senatör Kelli bildirib ki, o, bu problemin mahiyyətini yaxşı bilir:

“Kosmosda mən dəfələrlə Çinin üzərindən uşmuşam, Yer kürəsi ətrafında yüz dəfələrlə fırlanmışam. Kosmosdan Çinə baxanda qəribə rəngli gölə bənzəyən bir şeylər görünür. Bu rəngləri yaradan nadir torpaq elementləridir. Amma onları əldə etmək çox çirkli prosesdir”.

Senator əlavə edib ki, Çində ətraf mühitin həddindən artıq çirklənməsinin səbəblərindən biri də minerralların emalıdır.

Senator Tom Kotton isə hesab edir ki, əgər Pekin ABŞ-ı bu resurslardan məhrum edərsə, Pentaqonun ehtiyatları bir ildən az müddətdə tükənəcək.

Bu mineralların çıxarılması və emalı isə sərt ekoloji qaydalara görə ABŞ-da qadağan olunub. Bir çox məsələlərə görə mineralların Çindən idaxal olunması ilə bağlı problemlər yaranır ki, bu da vəziyyəti daha da çətinləşdirir. İdxal zəncirinə ziyan vuran məsələlərdən biri də Tayvan problemidir. Ümumiyyətlə isə nadir torpaq elementləri üzərində Çinin monopoliyaya sahib olması ABŞ-ın milli təhlükəsizliyinin əsas problemlərindən birinə çevrilməkdədir.

ABŞ silahlı qüvvələrini sabiq xüsusi təyinatlısı Dryu Horn bildirir ki, o, Amerikadan uzaqda xidmət edərkən bu materialların ABŞ-ın təhlükəsizliyi üçün nə qədər böyük əhəmiyyət daşıdığının şahidi olub. Horn GreenMet adlı şirkət yaradb və bu şirkət nadir torpaq elementlərinin kəsintisiz ABŞ-a idxalı ilə məşğul olur. Horn problemi belə izah edib: “Bütün bu elementlərin hamısını sinxronlaşdırmaq və birləşdirmək çətin işdir. Kəsintisiz və şaquli idxal zənciri isə ancaq Çinlə mümkündür”.

Hornun fikrincə ABŞ-ın bu mineralları öz ərazisində emal etmək üçün imkanları var. Bunun üçünsə texnologiya yaradılmalıdır. Yeni texnologiya hətta Çin texnologiyasından da effektli ola bilər: “Bizim texnologiyamız ətraf mühitin qorunmasını təmin edən mükəmməl texnologiya olmalıdır”, deyə Horn öz fikrini izah edib.

Problemlə bağlı Ronald Reyqan adına İnstitut özünün işçi qrupunun ötən ilin noyabr ayında açıqlanan hesabatında bəzi narahatlıqlarını ifadə ediblər. Bu sənəddə ekspertlər ABŞ-ın asılığının minimuma endirilməsini vurğulayıblar:

“Çinin tam müstəqil hegemoniyaya sahib olmaq cəhdləri ABŞ-ın idxaldan olan, o cümlədən nadir torpaq elementlərinin idxalından asılığının artması üzərində formalaşıb və bu milli təhlükəsizliyimizin əsas probleminə çevrilməkdədir”, deyə hesabatda bildirilir.

İnstitutun direktoru Rocer Zakheym isə bütün bu texnologoyanın məhz ABŞ tərəvindən Çinə verildiyini qeyd edib:

“Biz bu texnologiyaları Çinə vermişik. Faktiki olaraq hər şeyi Çinin ovcuna qoymuşuq və indi də bunun acı nəticələri ilə üz-üzəyik. Bu acı nəticələrin doğurduğu təhlükə bütün sahələri, F-35-dən tutmuş gündəlik işlətdiyimiz telefonlara qədər əhatə edir”, deyə Ronald Reyqan adına İnstitutun direktoru bildirib.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar