Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur rejissor Temur Çxeidze vəfat edib

Gürcüstanın Xalq artisti, rejissor Temur Çxeidze 79 yaşında vəfat edib.

“newsgeorgia.ge” saytının verdiyi xəbərə görə, Temur Çxeidze Gürcüstan və Rusiyada 70-dən çox teatr tamaşasına, Nodar Dumbadze ilə birgə isə “Kukaraça” və “Əbədiyyət qanunu” filmlərinə, Oleq Basilovla birgə isə “Əminin yuxusu” filminə quruluş verib.

Aktyor kimi isə “Yaşayan əfsanə” və “Torpaq, sənin oğlun” filmlərinə çəkilib.

Temur Çxeidze 1970-1980-ci illərdə Rustaveli Teatrının direktoru, sonra 10 il Kote Marcanişvili adına Teatrın bədii rəhbəri olub. Daha sonra isə Temur Çxeidze Rusiyada yaradıcılığını davam etdirib, Q. A. Tovstonoqov adına Rusiya Dövlət Akademik Böyük Dram Teatrının quruluşçu rejissoru, baş rejissoru olub. Temur Çxeidzenin quruluş verdiyi Prokofyevin “Oyunçu” operası Milanda “La Skala”-da və Nyu-Yorkda “Metropoliten-opera”-da səhnəyə qoyulub.

Rusiyada işləməkdən 2013-cü ildə imtina edən Temur Çxeidze Gürcüstana qayıdıb, "Samepo Ubani" teatrının bazasında Müasir Teatr Sənətinin İnkişafı Mərkəzinə rəhbərlik edib.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar