Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yeni nüvə erası başlayıb: “Türkiyə də nüvə əldə etməyə can atacaq...”

“Nüvə silahına güvənən Vladimir Putin fevralın 24-də Ukraynaya hücum etmək qərarına gəldi. Putin inanırdı ki, arsenalındakı nüvə silahlarıyla Ukraynanı qorxudacaq və özünə tabe edə biləcək. Rusiya indiyə qədər Ukraynada nüvə silahından istifadə etməsə də, Putinin təhdidləri dünyanın nüvə nizamını çoxdan pozub və iki narahatedici nəticənin yaranmasına səbəb olub. Birincisi, dünyaya Ukraynanın gözü ilə baxan dövlətlər artıq başa düşüblər ki, nüvə silahı olan təcavüzkara qarşı müdafiə olunmağın ən yaxşı yolu nüvə silahına sahib olmaqdır. İkincisi, nüvə silahına sahib olan dövlətlər anlayıblar ki, Putinin taktikasıyla dünyanı hədələyərək, nəsə əldə etmək mümkündür”.

“AzPolitika.info” xəbər verir ki, Britaniyanın “The Economist” nəşri “Yeni nüvə erası artıq başlayıb” başlıqlı məqalədə Rusiya-Ukrayna müharibəsinin dünyanın nüvə nizamına təsiri məsələsinə toxunub.

Həmin məqaləni oxuculara təqdim edirik: “Nüvə təhlükəsi işğaldan əvvəl də dünyanın əsas gündəm mövzularından biri idi. Bəzi məlumatlara görə, Şimali Koreya qanunsuz yollarla onlarla nüvə başlığı əldə edib. BMT bu həftə bildirib ki, İran ilk nüvə bombasını hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir. Pakistan sürətlə nüvə arsenalını genişləndirir. Çin durmadan nüvə qüvvələrini modernləşdirir və sayını artırır. Bu ölkələrdə nüvə silahının yayılma tezliyi onu göstərir ki, artıq heç kim bu silahı məhdudlaşdıran müqavilələrə əhəmiyyət vermir. Dünya Xirosima və Naqasakidə baş verən dəhşətli hadisələri unutduqca, nüvə silahı onlara adi bir döyüş vasitəsi kimi gəlir. Təəssüf ki, dünyanı qorumaq üçün nüvə silahlarının məhdudlaşdırlmasına yönəlik addımlar kifayət etmir. Rusiya-Ukrayna müharibəsi isə nüvə təhlükəsini bir qədər də artırır. Putin blef etsə belə, onun bu təhdidləri nüvə silahına sahib olmayan dövlətlərə verilən təhlükəsizlik zəmanətinə ciddi zərər vurur.

1994-cü ildə Rusiya, Amerika və İngiltərənin təhlükəsizlik vədləri qarşılığında Ukrayna sovet dövründən qalan nüvə silahlarını təslim etməyə razı oldu. Lakin 2014-cü ildə Rusiya Krımı ələ keçirərək, Donbasda separatçılara dəstək verərək bu vədini açıq-aşkar pozdu. Bu hadisəyə səssiz qalan Amerika və İngiltərə də öz vədlərinə əməl etmədilər. Belə hadisələr, əlbəttə ki, digər dövlətlərə nüvə silahı əldə etmək üçün əlavə səbəblər verir. Məsələn, İran dünyanı mühakimə edə bilər ki, nüvə silahından imtina etmək ona uzunmüddətli təhlükəsizlik zəmənəti verməyəcək. Eynilə Türkiyə və Səudiyyə Ərəbistanı da artıq başa düşür ki, nüvə silahına sahib olmaq təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Nüvə silahı olan dövlətlər bu gün rahatlıqla bu silaha sahib olmayan dövlətləri hədələyərək, öz şərtlərini onlara diqtə etməyə çalışırlar. Və bir çox hallarda da buna nail ola bilirlər. Məsələn, Putinin ilk günlərdən nüvə silahını təhdid aləti kimi istifadə etməsi müəyyən mənada müsbət nəticələr verib. Bu hədə-qorxular NATO-nu Ukraynaya döyüş təyyarələri kimi “hücumedici” silahlar göndərməkdən çəkindirib. Eynilə ABŞ Prezidenti Co Bayden Ukraynaya böyük miqdarda silah yardımı etsə də, bu həftə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək imkanı verən raketləri Ukrayanya verməkdən imtina edib. Nüvə təhlükəsindən sonra NATO başa düşüb ki, Ukrayna Rusiya ilə hesablaşmalıdır. Çünki Putinin məğlubiyyətə uğraması onu küncə sıxışdıra bilər və bu, ağır nəticələrə - NATO-Rusiya arasında nüvə müharibəsinə çevrilə bilər.

Müharibədən sonra Putinin dünyanın nüvə nizamına vurduğu ziyanı bərpa etmək çox çətin olacaq. Çünki Rusiya-Ukrayna müharibəsi ilə ötən il qüvvəyə minən və 86 dövlətin dəstəklədiyi “Nüvə Silahlarının Qadağan edilməsi” Müqaviləsi artıq əhəmiyyətini itirən lazımsız bir sənədə çevrilib. Amma Putinin nüvə taktikası uğursuz olarsa, bu nüvə nizamını danışıqlarla bərpa etməyə kömək edəcək. Hazırda əsas məqsəd Ukraynanı baş verə biləcək nüvə hücumundan xilas etməkdir. Həmçinin dünya görməlidir ki, nüvə silahıyla hədə-qorxu gələn Putin, 2014-cü ildə olduğu kimi, 2022-ci ildə də Ukraynada uğur qazanmadı. Əgər bu dəfə də Putinin taktikası işə yarasa, dünya gələcəkdə böyük nüvə təhlükəsiylə üz-üzə qalacaq. Ona görə də, Putinin ordusunu geri çəkilməyə məcbur etmək üçün Ukraynanın daha müasir silahlara, iqtisadi yardımlara və Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunmasına böyük ehtiyacı var”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar