Çərşənbə, 10 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yeyintiyə yol verən “Sumqayıt Nəqliyyat” MMC-nin taleyi necə olacaq?

Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat 8 aydan çoxdur nağd ödənişə qaytarılıb. Ötən il sentyabrın 28-dən avtobuslarda kart sistemindən istifadə edilməsinə başlanılsa da, bu natamamlıq cəmi 54 gün çəkib.

Səbəb aidiyyəti qurumların 206 avtobus üçün aldıqları 210 validator aparatının nasaz və keyfiyyətsiz çıxması olub. Nəticədə külli miqdarda yeyinti ilə yanaşı yüzlərlə vətəndaşın cibinə ziyan dəyib.

3 ay əvvəl Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov saytımıza açıqlamasında Türkiyədən yeni validatorların sifariş verildiyini, may ayında gətiriləcəyini və tətbiqinə başlanılacağını bildirmişdi.

AzToday.az xəbər verir ki, Bizim.Media-ya bu barədə danışan Tofiq Saydumov hələ də validatorların gətirilmədiyini və avtobusların bu probleminin nə zaman həll olunacağından xəbərsiz olduğunu deyib:

“Bu məsələ ilə “Sumqayıt Nəqliyyat” MMC-nin direktoru məşğul olur. Özünü doğrultmayan validatorları da onlar alıb gətirmişdi. Mənə bildirmişdilər ki, yeni ildən kart sisteminə keçid olacaq. Sonra may ayına qaldı. İndi bu məsələ ilə kim məşğul olur, vəsait ayırır və xaricdən gətirilməsini təmin edir, bu haqda məlumatım yoxdur”, deyə Tofiq Saydumov qeyd edib.

Sumqayıt nəqliyyat departamentinin əməkdaşı Elgiz Fərəcov isə əksinə, avtobusların nə vaxt kart sisteminə keçməsinin Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin səlahiyyətində olduğunu bildirib:

“Məsələ ilə bağlı Tofiq Saydumov məlumat verə bilər. Mən sahibkar olduğum üçün qərarı sərnişindaşıma idarəsi tənzimləyir. Bizlə də birbaşa əlaqədə olan qurum onlardır. Məhz həmin qurumun bizə verdiyi rəsmi məktublar əsasında işə başlayırıq. Hələki məsələ ilə bağlı yenilik yoxdur. Amma nəzərimizdədir ki, gələcəkdə Sumqayıt avtobusları kart sisteminə keçsin. Ölkəyə validator gətirən şirkətlərdə problem yaranıb. Bu da bizim günahımız və ya məsuliyyətimiz demək deyil”.

Məlumat üçün bildirək ki, “Sumqayıt Nəqliyyat” MMC-nin tərəfdaşlığı ilə Sumqayıt şəhərində ictimai nəqliyyatda kartla ödəniş sistemi ilkin olaraq ötən ilin fevralında 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub. Mərhələli şəkildə avtobuslarda xüsusi cihazlar – validatorlar quraşdırılıb. Sentyabrın sonunda isə tam olaraq kart sisteminə keçilib.

Bu kartların ilk dəfə olaraq gediş haqqını təmassız ödəmə və NFC cihazları ilə ödəmə sistemini daşıyan funksiyalara malik olduğu bildirilsə də, tətbiqə başladığı gündən sərnişinlərə problem yaradıb.

Gediş haqqını ödəmək istəyən sərnişinlərin kartından əsassız yerə pul çıxılıb, ya kartları bloklanıb, ya da ekranda işləmədiyi ilə bağlı məlumat göstərilib. Türkiyədən sifariş edilən yeni validatorların bu dəfə də “Sumqayıt Nəqliyyat” MMC tərəfdaşlığı ilə baş tutacağı deyilir.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Generalın pomidor yetişdirməsi… - Ceyhun Həsənovun yeni sort pomidoru ölkədə böyük marağa səbəb olub

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

Azərbaycanda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı

Səfər Mehdiyev həbs olunur? - Sabiq "gömrük şefi" çətin durumda

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? - Şok təfərrüat...

İlham Əliyev və Mehriban Əliyeva Konyada azərbaycanlı idmançılarla görüşüb - Yenilənib

İnam Kərimovun milyonluq maxinasiyası və məhv edilən aqrar sektor

Sülhməramlılar erməni deputat və jurnalistləri Qarabağa buraxmadılar - Video

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

Oğlu müharibədən qayıtmadı, xanımını danışdırmadı: Maqomayevin məşhurlaşdırdığı “Kor Əhəd” kim idi? - Foto

“Caliber”: “Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - Video

Ən çox oxunanalar