Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ceyhun Bayramov: "Azərbaycan sülh sazişinin imzalanması üçün addımlar atır"

"Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır".

PİA.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub: "Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq".

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib - Yenilənib

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Putin harada və hansı şəraitdə yaşayır? - Bir qalanın sirri...

Putini G-20 sammitində öldürə bilərlər - Sensasion iddia

Ən çox oxunanalar