Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Qaradağ rayonunda şəhid ailələri ilə növbəti görüş keçirilib - Fotolar

May ayının 25 - də Qaradağ rayonunda şəhid ailələri ilə növbəti görüş keçirilib.

PİA.az xəbər verir ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin nümayəndələri, Rayon İcra Hakimiyyəti Aparatının işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Görüşün əvvəlində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhid övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşü giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Qeyd edib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim şəhid ailələri ilə görüşməsi bu kateqoriyadan olan insanlara diqqət və qayğının bariz nümunəsidir. Qaradağ rayonunda həyata keçirilən tədbirlər barədə məlumat verilərək bildirilib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində şəhid ailələrinə mənzil və avtomobil verilib. Şəhid ailələrinə və müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövrdə mütəmadi olaraq artırılıb. Şəhid ailələrin sosial müdafiəsi ildən-ilə yaxşılaşıb, dövlət başçısının bu sahədə həyata keçirdiyi tədbirlər ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Sonra söz şəhid ailələrinin nümayəndələrinə verilib. Şəhid ailələrin nümayəndələri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıq etmiş, bir sıra problemin həlli ilə bağlı arzu və təkliflərini bildiriblər.

Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin üzvlərinə humanitar yardım göstərilib

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Putini G-20 sammitində öldürə bilərlər - Sensasion iddia

Putin harada və hansı şəraitdə yaşayır? - Bir qalanın sirri...

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Marsdan unikal görüntülər: Çin ilkə imza atdı - Video

Putinin min oyunu: Qazaxıstanla Özbəkistan arasında atəş xətti

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Mahirdən “Dinamo”da daha bir möhtəşəm qol - Video

Ən çox oxunanalar