Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya defoltdan qaça biləcəkmi? - Kremlin maliyyə siyasəti Qubad İbadoğlunun şərhində...

ABŞ Rusiyanın dollardan istifadəsini yasaqladı, Putin isə valyuta siyasətini qismən liberallaşdırdı...

İqtisadçı-alim: “Rusiyada artıq rublun kursu suni nizamlanır və bu kurs rublun əsl dəyərini ifadə etmir”.

“Bəllidir ki, yaxın zamanlarda rublun kursu dollara nisbətdə daha da möhkəmlənəcək. Çünki Rusiya xarici borclarını rubulla ödəmək istəyir və dollara nisbətdə nə qədər möhkəm rubl müəyyənləşdirsə, bir o qədər xarici borclarını rublla ödəmək imkanları artır”.

Bu sözləri iqtisadçı-alim Qubad İbadoğlu Rusiya iqtisadiyyatında baş verən son hadisələri PİA.az-a şərh edərkən qeyd edib.

Bu gündən etibarən ABŞ Maliyyə Nazirliyi Rusiyadan suveren istiqrazlar vasitəsilə valyuta almağa imkan verən lisenziyanı ləğv edib. Bu isə o deməkdir ki, artıq Rusiya öz xarici borclarını dollarla ödəmək imkanına sahib deyil. Borc sahiblərinin isə rubla borclarını geri alacaqları heç də inandırıcı görünmür. Bu durumda bir çox analitiklər Rusiyada hətta bu həftə defolt ola biləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Lakin son yayılan məlumata görə Rusiya Mərkəzi Bankı may ayında defoltdan qaça bilmək üçün dünən qabaqcadan may ayının iki borcunu ödəyib. Bu isə o deməkdir ki, Rusiya faktiki olaraq defolt təhlükəsini iyun ayına qədər təxirə sala bilib.

Maraqlıdır ki, dünən Putinin imzaladığı fərmanla Rusiyada əldə olunan valyutanın 80%-ni məcburi satmaq qaydasını 50%-ə endirib. Bu qadağa Ukrayna müharibəsi başlayandan həmən sonra rus rublunun kəskin dəyər itirməsi fonunda qəbul olunmuşdu və bu qərar da rublun yenidən dəyər qazanması üçün əsas stimul oldu. Dünən isə Putin bu qadağanı nisbətən yüngülləşdirərək müəssisə və şirkətlər maliyyə siyasətində bir qədər sərbəstlik verdi.

Bu iki qərarın Rusiya rubluna hansı təsirləri gözlənilir? Dofolt təhlükəsinin artdığı bir şəraitdə şirkətlərin özlərinə daha çox dollar saxlaması rublun kəskin dəyər itirməsinə səbəb ola bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-alim Qubad İbadoğlu ilə müzakirə edib.

Qubad İbadoğlu: “Rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatında vəziyyətin yaxşı olması anlamına gəlməz”.

Rusiyanın defoltdan qaçmaq üçün xarici borclarını rubulla ödəmək istədiyini vurğulayan ekspert PİA.az-a bildirib ki, Rusiyaya başqa valyutada borc verən dövlətlər borclarını rubulla geri almayacaqlar və bu da o deməkdir ki, yaxın zamanlarda defolt qaçınılmaz olacaq:

Rusiyada idxal əvvəlki dövrlə müqayisədə bu ilin 4 ayında 40 faiz aşağı düşüb. Bu da o deməkdir ki, Rusiyanın valyuta təlabatı da azalıb. Bildiyimiz kimi idxal əsasən dollar hesabına həyata keçirilir. Rusiyanın dollar tələbatının azalması da əsasən idxalın azalması ilə müşahidə olunur. Eyni zamanda idxalın azalması da valyuta tələbatının azalması ilə müşahidə olunur.

Buna görə də Rusiya höküməti sərt qaydalarını bir az yumşaltmaq qərarına gəlib. Beləliklə hökumət şirkətlərə özlərində daha çox valyuta saxlamaq imkanı verir. Əvvəl şirkətlər özlərində 20 faiz valyuta saxlaya bilirdi, indi bu faizi 50 faizə qaldırdılar. Həm də şirkətlər bu valyutadan istifadə yollarının, alternativlərinin axtarışındadırlar. Onlar ölkəyə lazım olan avadanlıqları, komplektləşdirici hissələri xaricdən gətirməlidirlər. Çünki Rusiyada sənayenin 45 faizi komplektləşdirici hissələrə görə idxal mallarından asılı vəziyyətdədir. Yəni əgər bu zəncir, xaricdən gələn komplektləşdirici hissələr, avadanlıqlar və digər belə vacib texnoloji məmulatlar dayanarsa, yəqin ki, daxili istehsal da dayanacaq. Artıq bu dayanmalar da mövcuddur və bir neçə aydan sonra bu proses dəfələrlə dərinləşəcək.

Buna görə valyuta siyasətində Rusiya bir az liberallaşmaya gedir. Amma düşünmürəm ki, bu son nəticədə rublun kursuna təsir göstərəcək. Çünki Rusiyada artıq rublun kursu suni nizamlanır və bu kurs rublun əsl dəyərini ifadə etmir. Yəni Rusiyanın Mərkəzi Bankı hər gün bir məzənnə elan edə bilər. Bunun bazarla heç bir əlaqəsi yoxdur. Çünki bu məzənnənin müəyyənləşməsində təklif və təlabatın balansını yaradan bazar qüvvələri iştirak etmir. İştirakçı yalnız Mərkəzi Bankın özüdür.

Qubad İbadoğlu: “Rusiyaya başqa valyutada borc verən dövlətlər borclarını rubulla geri alacaqlarmı? Mən inanmıram ki, beynəlxalq kredit institutları, beynəlxalq banklar buna getsinlər”.

Qeyd edim ki, Rusiyada valyutanın sərbəst alışına və eyni zamanda ölkədən sərbəst çıxarılmasına qadağalar hələ də var. Rusiyanı tərk edən xaricilər özlərinin aktivlərini yalnız rubla sata bilərlər. Əldə etdikləri rublu da dollara dəyişə bilmirlər. Onlar əldə etdikləri rubbula da ölkəni tərk etməyə razılaşmırlar. Buna görə də burada ciddi problem yaranıb. Bu problem həm Rusiyada fəaliyyət göstərən xarici investorlar, həm də Rusiyanın özünün iqtisadiyyatı üçün keçərlidir.

Odur ki, inanmıram bu qərar rublun kursuna təsir göstərsin. Əslində bəllidir ki, yaxın zamanlarda rublun kursu dollara nisbətdə daha da möhkəmlənəcək. Çünki Rusiya xarici borclarını rubulla ödəmək istəyir və dollara nisbətdə nə qədər möhkəm rubl müəyyənləşdirsə, bir o qədər xarici borclarını ödəmək imkanları artır. Amma Rusiyaya başqa valyutada borc verən dövlətlər borclarını rubulla geri alacaqlarmı? Mən inanmıram ki, beynəlxalq kredit institutları, beynəlxalq banklar buna getsinlər. Bu Rusiya üçün ciddi probelmdir və buna görə də defolt təhlükəsi Rusiya üçün qaçınılmaz hala gəlməkdədir. Hət ola bilsin ki, Rusiya üçün defolt problemi Rusiya üçün uzun sürən bir peoses olsun və bunun nəticəsində Rusiya xaricdəki bütün mülk və biznes obyektlərini itirə bilər. Rusiya isə defoltdan qaçmaq üçün xarici borclarını rubulla ödəmək istəyir. Amma bunun mümkün olmayacağına da heç kim şübhə eləmir.

Bu gün Avropa Birliyi Rusiyanın aktivlərinin müsadirə olunması haqqında qanun layihəsini müzakirə çıxarıb. Bu da o deməkdir ki, Rusiyanın həm biznesinə, həm də dövlətinə məxsus olan aktivlər də (hansı ki, xaricdə dollarladır) əlindən çıxır. Bütün bunlara görə rubl suni bir valyutaya çevrilib. Rublun möhkəmlənməsi Rusiya iqtisadiyyatında vəziyyətin yaxşı olması anlamına gəlmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar