Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər həyata keçirilməlidir - Toivo Klaar

Avropa İttifaqı həmişə ErmənistanAzərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır”.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.

“İnsan hüquqları və təhlükəsizlik məsələsi münaqişənin başlanmasından bu günə kimi konfliktin əsas məsələlərindən biri olub. Biz təhlükəsizlik məsələsini həll etmədən münaqişənin hərtərəfli və davamlı həllinə nail ola bilmərik”, - Aİ rəsmisi vurğulayıb.

O, qeyd edib ki, dövlətlərarası münasibətlər olduqca vacibdir və bunu tənzimləmək lazımdır: “Biz çox yaxşı bilirik ki, millətlərarası kontekstdə hüquqlar və təhlükəsizlik münaqişənin başlanmasında əsas məsələlərdən biri olub. Bu problemi həll etmədən hərtərəfli və davamlı həllə nail ola bilməyəcəyik”.

Toivo Klaar bildirib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında uzunmüddətli həlli təmin edən istənilən sazişi dəstəkləyəcək.

“Sülh prosesləri adətən qorxular, emosiyalar, fərziyyələr və yanlış şərhlərlə müşayiət olunur. Bu, təbiidir”, - o əlavə edib.

“Gərginliyi azaltmaq, ritorikanı zəiflətmək lazımdır”, - Aİ rəsmisi vurğulayıb.

Klaarın sözlərinə görə, heç kim Moskvanın vasitəçiliyi ilə İrəvan və Bakının əldə etdiyi üçtərəfli razılaşmaların aktuallığına şübhə etmir: “Aİ həmişə ErmənistanAzərbaycan arasında cari müzakirələr üçün əsas olan bütün keçmiş üçtərəfli sazişlərin həyata keçirilməsinin zəruriliyini vurğulayır. 2020 və 2021-ci illərdə Moskva ilə əldə olunan üçtərəfli razılaşmaların aktuallığına heç kim şübhə etmir.

Avropa İttifaqı öz növbəsində qonşuluğunda sülh, sabitlik və firavanlıqda maraqlıdır. Ona görə də bu prosesdə iştirakımızı vacib hesab edirik.

Bununla belə, ErmənistanAzərbaycan arasında münasibətlərin normallaşmasına dəstək vermək səylərimiz yalnız Cənubi Qafqazda sülhün və sabitliyin təmin edilməsinə yönəlib və biz eyni məqsəd güdən istənilən digər iştirakçı ilə əməkdaşlıqdan məmnunuq”.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Putini G-20 sammitində öldürə bilərlər - Sensasion iddia

Putin harada və hansı şəraitdə yaşayır? - Bir qalanın sirri...

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Marsdan unikal görüntülər: Çin ilkə imza atdı - Video

Putinin min oyunu: Qazaxıstanla Özbəkistan arasında atəş xətti

Məhəmməd Salah “Liverpul”la yeni müqavilə imzaladı

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Mahirdən “Dinamo”da daha bir möhtəşəm qol - Video

Ən çox oxunanalar