Cümə, 01 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

"MTN işi"ndə şahid: "Mövlam Şıxəliyev bizdən 135 min dollar aldı"

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev, həmçinin MTN-in keçmiş əməkdaşları - Vüsal Əliyev, Yasin Məmmədov, Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyev zərərçəkənlərin etirazlarına, vəsatətlərinə baxmayaraq, növbəti dəfə mətbuat nümayəndələrinin prosesdə iştirakına imkan verməyib.

Prosesdə zərərçəkmiş qismində Natiq Teymurovun qardaşı Sabik Teymurov ifadə verib. O deyib ki, qardaşı Natiq Teymurov 2013-cü ilin sentyabrında MTN tərəfindən saxlanılıb. İttihama görə “Sədərək” ticarət mərkəzində fərdi sahibkarlıqla məşğul olmuş Natiq Teymurov tutulandan sonra iş üzrə istintaq İstintaq Baş İdarəsinin Metodiki yardım və kriminalistika şöbəsinin müstəntiqi Fuad Məmmədova həvalə edilib. Bundan sonra şöbənin rəisi Sahib Ələkbərov Natiq Teymurovu həbsdə saxlanılacağı və ən ciddi həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə nail olacağı ilə hədələyib. O, Natiq Teymurovdan azad edilməsi üçün əvvəlcə 300 min manat tələb edib. Eyni tələb onun qardaşı Rəfael Teymurluya qarşı da irəli sürülüb. Razılıq əldə oluna bilmədiyindən məbləğ 150 min manata endirilib. Sentyabrın 20-də Rəfael Teymurlu 150 min manatı MTN-in arxa qapısında Sahib Ələkbərova verib. Həmin gün Natiq Teymurov həbsdən azad edilib.

Prosesdə vaxtilə Ədliyyə Nazirliyində işləmiş Mənsurə Hacıyeva şahid qismində ifadə verib. O, oğlu Qulam Bağırovun MTN tərəfindən şərlənərək həbsə alındığını deyib: “Bu gün burada dəmir barmaqlıq arxasında əyləşmisən (Mövlam Şıxəliyev nəzərdə tutulur). Sizə görə ailəmiz çox ağır vəziyyətə düşdü. Bizdən 135 min dollar aldınız, oğlum Qulama heç bir aidiyyəti olmayan işə qoşub Ağır Cinayələr Məhkəməsinə göndərdiniz. Orada da Qulama hakim dedi ki, məhkəməyə gəlmə. Bir il sonra da çağırıb saxta hökmü Qulama veriblər, deyiblər ki, sənə şərti cəza kəsdik”. O qeyd edib ki, hazırda həbsdə olan MTN rəsmilərinin tələb etdiyi pulun toplanması zamanı rəfiqəsi Adilə Əhmədovadan 5 min dollar, baldızı oğlu Vahiddən 5 min dollar, bacısı Şöhlətdən 500 dollar, ayrı-ayrı sələmçilərdən ümumilikdə 5500 dollar pul alıb.

Məhkəmənin növbəti iclası mayın 24-nə təyin edilib.

Xatırladaq ki, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.

İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.

Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

Cinayət işi üzrə 32 zərərçəkmiş var.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

Emmanuel, məni diqqətlə dinlə! - Putinlə Makron arasında telefon danışığının stenoqramı yayıldı

Sabirabadda korrupsiya əməliyyatı keçirildi - Saxlanılan var

Prezident İlham Əliyev Aşqabadda Vladimir Putinlə görüşüb - Yenilənib

Rüstəm Usubovun daha bir cinayətinin üstü açıldı - Sensasion ifadə

Zakir Fərəcovun əli ilə Sumqayıtı “yaşıllaşdıran” ata-bala kimlərdir?

Xalidə Kəngərlinin qardaşından daha bir açıqlama - Video

Sülhəddin Əkbər: “Artıq NATO-nun bir nömrəli düşməni Rusiyadır” - Müsahibə

“Azərbaycan Qarabağdakı erməni silahlılarını legitim hədəf elan etməlidir” - Hərbi ekspert

Baş Mil-Muğan Kollektorlarının İstismarı İdarəsi rəisi sahibkarlıq fəaliyyəti ilə məşğuldur - Foto

Azərbaycan əsgəri xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində ölüb

Ən çox oxunanalar