Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli Məclisin komitəsinin iclası keçirilib

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Bu barədə Milli Məclisdən məlumat verilib.

Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Təqdim olunan qanun layihəsi barədə danışan komitə sədri qeyd edib ki, qanunun preambulasına və doqquz maddəsinə ümumilikdə 53 dəyişiklik təklif olunub.

O, dəyişikliklərin qanunun təkmilləşdirilməsinə yönəldiyini söyləyək bildirib ki, qanunun preambulasına edilən dəyişiklik onun tətbiq sahəsini xeyli genişləndirir və Azərbaycan Respublikasının vətəndaşı olmayan, ölkəmizdə çalışan və sığorta olunan şəxslərin sığorta uçotuna alınmasına və sığortaya cəlb olunmasına geniş imkan yaradır.

Sonra iclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna edilən dəyişikliklərin mahiyyəti barədə məlumat verib.

Bildirib ki, qanuna təklif olunan dəyişikliklər bir neçə zərurətdən irəli gəlib. Belə ki, sənəddə “Sığorta haqqında” qanuna edilən dəyişikliklərlə əlaqədar təkmilləşdirmə xarakterli düzəlişlər, habelə məlumat mənbələrinin genişləndirilməsi, elektron resurslar üzərindən əməliyyatların aparılmasına imkan verən bazanın yaradılması və bəzi dəqiqləşdirmə xarakterli əlavə və dəyişikliklər nəzərdə tutulub.

Layihədə qanunda istifadə olunan anlayışların açıqlanması, “fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” anlayışının “sığortaçı” anlayışı ilə əvəz edilməsi nəzərdə tutulub. Yeni redaksiyada verilən 4-cü maddədə fərdi uçotun sığortaçı tərəfindən elektron qaydada aparılması, bu sahədə elektron xidmətlərin elektron informasiya sistemi vasitəsilə həyata keçirilməsi, xidmətin xüsusiyyətləri nəzərə alınmaqla kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, əməliyyat-axtarış fəaliyyəti subyektlərinin işçilərinin fərdi uçotunun müəyyən edilmiş qaydada aparılması və digər məsələlər əks olunub.

Sənəddə sığortaolunanın fərdi şəxsi hesabına daxil edilən məlumatlar sırasına fərdi identifikasiya nömrəsinin (FİN), xüsusi hesabda qeydə alınan vəsait və onun indeksləşdirilməsi haqqında məlumatın əlavə edilməsi təklif olunur. Həmçinin, qeyd edilir ki, sığortaolunanın fərdi şəxsi hesabının bağlanması onun fərdi uçot məlumatlarına əsasən, sosial sığorta ödəmələrinin, o cümlədən ötən dövr üçün sosial sığorta ödəmələrinin təmin edilməsindən imtina olunması üçün əsas deyil.

Qanunda nəzərdə tutulan digər düzəlişlərdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının məbləğlərinin Maliyyə Nazirliyinin elektron sistemindən əldə edilmiş məlumat əsasında qeydə alınması nəzərdə tutulur. Bununla yanaşı, sığortaolunanın özü haqda məlumatları elektron sistemdən əldə edə bilməsi, fərdi hesabda əks olunmuş məlumatlarla razılaşmadıqda, həmçinin məlumatlarda dəyişiklik baş verdikdə sığortaçı və sığortaedənə müraciət etmək hüququnun dəqiqləşdirilməsi təklif edilir.

Qanun layihəsi ətrafında gedən müzakirələrdə sıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə üzvləri Vüqar Bayramov, Jalə Əliyeva, Aqil Məmmədov, Arzu Nağıyev təklif olunan dəyişikliklərin mütərəqqi olduğunu qeyd ediblər, sənədi əhalinin sosial müdafiəsi istiqamətində ölkədə həyata keçirilən islahatların bir hissəsi kimi qiymətləndiriblər. Millət vəkilləri bir sıra qeyd və təkliflərini də diqqətə çatdırıblar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov səsləndirilən fikirlərə münasibət bildirib, deputatların suallarını cavablandırıb, qeyd olunan bəzi məqamlara aydınlıq gətirib.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvləri Ziyad Səmədzadə, Əziz Ələkbərov, Sevinc Hüseynova, Səttar Möhbalıyev, İlham Məmmədov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Mətin Əsgər iştirak ediblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar