Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

QHT -lər üçün də cəhənnəm başlayır – 2 min manata qədər cərimə oluna bilərlər 

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 179-1 maddədə əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydasında hazırlanan və Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan qanun ( qərar) layihəsinin dəstəklənməsi üçün dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamasında iştirak etməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək.

Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı imza toplanması prosesini və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında” qanunda nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, təşkilatların, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcək.

Bu qərarın məramı və məqsədi nədir?

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı ASTNA-ya bu dəyişikliyin altında yatan məqsədləri açıqlayıb.

* * *

– Bəşir bəy, bildiyiniz kimi İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 179-1 maddəyə görə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadəetmə qaydası haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyənləşir. Bu nə deməkdir?

– Bildiyiniz kimi, Azərbaycan Respublikasının Konstitusiyasına görə Milli Məclisə qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur. 2019-cu ildə Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.

Həmin qanunun 6.8-ci maddəsində göstərilb ki, Dövlət orqanlarının, bələdiyyə qurumlarının və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplanmasında iştirakına yol verilmir. İmza toplanması prosesində vətəndaşları imza qoymağa məcbur etmək və ya imza qoymağa imkan verməmək, yaxud bunlara görə onları hər hansı formada mükafatlandırmaq qadağandır.

6.9-cu Maddəsində isə göstərilib ki, imza toplanması prosesinin və vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı bu Qanunla nəzərdə tutulan digər tədbirlərin maliyyələşdirilməsi üçün xarici dövlətlərin, beynəlxalq təşkilatların, xarici hüquqi şəxslərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, həmçinin təsisçisi xarici dövlət, beynəlxalq təşkilat, xarici hüquqi şəxs, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan hüquqi şəxslərin vəsaitindən istifadə oluna bilməz. Bu qadağaya əməl olunmaması müvafiq məhkəmə tərəfindən təsdiqlənərsə, bu, Mərkəzi Seçki Komissiyası tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarının ləğv edilməsi üçün əsas hesab edilir.

Yəni bu məsələ qanun qəbul edilərkən öz əksini tapmışdı. İndi İnzibati Xətalar Məcəlləsinə bu qadağalara görə məsuliyyətin salınması təklif edilir.

– Bu dəyişikliyin əsas məqsədi nədir?

– Qeyd etdiyim ki, qanunda bu qadağalar əvvəldən mövcud olub. İndi sadəcə qadağaları cərimələrlə sanksiyalaşdırırlar. Bilmək olmur ki, buna hansısa əsas var idimi?! Bildiyim qədər Azərbaycanda hələ ki, bu hüquqdan istifadə edən olmayıb. Çünki vətəndaşların qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi ilə bağlı prosedur onsuz da çox çətin və ağırdır. Təsəvvür edin ki, öncə layihəni Milli Məclisinin müzakirəsinə təqdim etmək təklifi ilə çıxış edən seçki hüququ olan ən azı 300 nəfər Azərbaycan Respublikasının vətəndaşı tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılmalı və yalnız bir layihə təqdim edilə bilər. Bəzi uyğun sənədlər–ekspert rəyləri, layihənin zəruriliyi, siyahı və.s. Mərkəzi Seçki Komissiyasına daxil olduğu gündən iki ay ərzində MSK tərəfindən təşəbbüs qrupunun və təklif olunan layihənin bu Qanuna uyğun olaraq qeydiyyata alınması və yaxud bundan imtina edilməsi barədə qərar qəbul edilir. Bundan sonra Milli Məclisin müzakirəsinə təqdim edilməsi təklif olunan layihənin dəstəklənməsi üçün vətəndaşların imzalarının toplanması təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alındığı gündən iki ay ərzində yalnız təşəbbüs qrupunun üzvləri tərəfindən həyata keçirilir. Təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalıdırlar. İmzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.

İmza toplanması üçün imza vərəqəsində layihənin adı, imza toplayan təşəbbüs qrupu üzvünün soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti, təşəbbüs qrupunun və təklif olunan layihənin qeydiyyata alınması barədə qərarın tarixi və nömrəsi, təklif olunan layihəni dəstəkləyən vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin nömrəsi və etibarlılıq müddəti göstərilməlidir. Həmçinin vətəndaşa təklif olunan layihənin tam mətnini təqdim etməli, layihənin məzmununu izah etməli və oxuması üçün vaxt verməlidir.

Bundan sonra imzaların təsdiq olunması üçün vərəqələr MSK-ya təqdim edilir. MSK iki ay müddətində prosedurun doğruluğunu və imzaları yoxlayır. Təsəvvür edin ki, hətta imza vərəqəsində bir imza qanunauyğun olmadıqda həmin vərəqədəki bütün imzalar ləğv edilir. Digər tərəfdən Cinayət məsuliyyətinə səbəb ola biləcək hüquqpozmanın əlamətləri aşkar edildikdə MSK təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün müvafiq sənəd və materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərir.

Yəni bütün bu qadağaların, rıçaqların olduğu halda yenidən bunun cərimə kimi İnzibati Xətalar Məcəlləsində tətbiq edilməsi anlaşılan deyil.

– Belə çıxır ki, bəzən QHT-lər qanunvericilik təşəbbüsü ilə çıxış edirlər. İndi belə olduğu halda onlara deyilə bilər ki, siz xaricdən qrant alırsız və ya xaricdən maliyyələşirsiz və biz sizin təşəbbüs etdiyiniz qanun layihəsini qəbul etmirik, hələ üstəlik də sizi cərimələyirik?

– QHT-lər qanunvericilik təşəbbüsü ilə çıxış etməsi sadəcə lobbiçilik və ictimai vəkillikdir. Yəni onsuz da QHT-nin Qanun təqdim etmək hüququ yoxdur. QHT qanunlara təkliflər hazırlaya, bunu deputatlara, Milli Məclisə göndərə və ictimai kampaniyasını da apara bilər ki, deputatlar bunu Milli Məclisin müzakirəsinə çıxarsın. Burda cərimələr vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə edilməsi zaman olan prosedurlara aiddir.

O ki qaldı qanun tətbiqində sürüşdürmələrə, bunu edə bilərlər. Məsələn, orda qeyd olunur mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin imza toplamasında iştirak etməsinə görə vəzifəli şəxslər 500 manatdan 800 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək. QHT -ləri də hüquqi şəxs statusunda görüb gələcəkdə bu cərimələrin sanksiyası altına sala bilərlər.

Azərbaycanda olubmu ki, hansısa qanun layihəsi təşəbbüsü vətəndaşlardan və ya beynəlxalq təşkilatlardan gəlsin? Hansısa xarici təşkilat bu qanun layihəsinin hazırlanmasını maliyyələşdirsin?

– Mən vətəndaşların qanunvericilik təşəbbüsü hüququ haqqında qanunun prosedurlarına uyğun qaydada qanunvericilik təşəbbüsləri ilə çıxış etməsi kimi fakt xatırlamıram. Amma lobbiçik, ictimai kampaniya kimi çox olub. Vaxtilə siyasi partiyalar, QHT-lər, icmalar belə təkliflərlə çıxış ediblər. Bu yaxınlarda da REAL partiyası, bəzi QHT-lər, o cümlədən Vətəndaş Hüquqları İnstututu QHT-lərlə bağlı qanun layihələri hazırlayıb Milli Məclisə göndəriblər. Dediyim ki, bu sadəcə təşəbbüs və lobbiçilikdi. Buna görə də qanunda hansısa qadağa müəyyən edilməyib. Ola bilər ki, gələcəkdə bunu da qadağan etsinlər. Gələcəkdə qanun qəbul edə bilərlər ki, xaricdən maliyyələşmək məsuliyyət yaradır. Biz uzun illərdir ki, nəyinsə yumşaldılmasını yox, daha da sərtləşdirilməsi, cərimə və cinayət məsluliyyəti yaratmasının şahidi oluruq.

– Ola bilərmi bu həm də Venesiya Komissiyasından və digər beynəlxalq təşkilatlardan rəy alınmalı olan qanunların qarşısını alsın, həmin qanunları istədikləri kimi tərtib etsinlər?

Venesiya Komissiyasınından rəy alınması proseduru Azərbaycanın Avropa Şurasına üzv qəbul olunduqdan sonra yaranıb. Burda Komissiya qanun hazırlamır. Ancaq tövsiyələr verir, hazırlanan qanunların beynəlxalq standartlara uyğunluğunu yoxlayır və rəy verir. Bu da imperativ deyil.

– Bu kimi təkliflərin neqativ hallara gətirib çıxarmaması üçün hansı addımlar atmaq olar?

– Ölkədə elə dərin problemlər var ki, bunun hansısa pisləşməyə gətirib çıxaracağını ehtimal etmirəm. Vətəndaş cəmiyyəti iflic edilib, siyasi partiyaların fəaliyyəti çərçivələnib, seçkilər ciddi pozuntularla müşayiət olunursa belə xırda məhdudiyyətlər üçün artıq ‘’immunitet’’ yaranıb. Əgər parlamentdə siyasi müxtəliflik qorunmursa, fundamental azadlıqlar boğulursa, ədalətli və müstəqil məhkəmə yoxdursa vətəndaşların qanunvericilik təşəbbüsü hüququnundan istifadə etmək motivasiyası da olmayacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar