Cümə axşamı, 30 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakı küçələri qumar meydanını xatırladır — “Poz, qazan”la bağlı sərt açıqlama

"Bakı şəhərində apardığım monitorinq məni dəhşətə gətirdi. Küçələr qumar meydanını xatırladır… Təkcə "28 may" metrostansiyasının çıxışında və ətrafında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında 17 ədəd “Poz,qazan” ani loteriyasının pərakəndə satış məntəqələrini gördüm. Hər birinin də ətrafında 15-20 nəfər toplaşaraq həyatlarını dəyişəcəyinə, bir günün içində ev, maşın, pul sahibi olacağına ümid edir, qazanan isə, əlbəttə ki, "Azərlotoreya"dır! İnsanların cibinə ümid və saf duyğularından istifadə edərək girilir. Məni dəhşətə gətirən insanların sadəlöhvlüyü, səmimiyyəti deyil, satış məntəqələrinin ətrafında toplaşan insanlar arasında yeniyetmələrin çoxluq təşkil etməsi oldu. Təsəvvür edin, “piştaxta"ların sahibləri üçün lotoreyanın kimə satılması önəmli deyil, önəmli olan lotoreyaların satılmasıdır…"

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. 

A.Şakiroğlu qeyd edib ki, küçə ticarətinə göz yumulur:

"Başqa vaxt alma-armud, tum və sair kimi xırda ticarətlə məşğul olan, ailələrinə çətinliklə pul aparmaq istəyən şəxslərə mane olan, cərimə yazan və digər qanuni tədbir görən dövlət qurumları bu mənzərəyə seyrçi qalır. Dəhşətlərə "dur" demək bu qədərmi çətindir? Doğrudur, "Azərlotoreya"nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə "Azərlotoreya"nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir? Bunu sivil qaydada təşkil etmək mümkün deyilmi? Olmazmı ki, bu günə qədər olduğu kimi köşklərdə satılsın. Mütləqdirmi gənc nəslin, yeniyetmələrin tərbiyəsinin pozulması üzərində belə iş təşkil edilsin? Nə qədər gec deyil, bu biabırçılığın qarşısı mütləq alınmalıdır…".

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Gənclər və İdman İdarəsinin rəisi saxlanıldı - İcra başçısının müavininin qohumudur

Azərbaycanda 24 yaşlı gənc icra başçısı olmaq üçün Prezidentə ərizə yazıb - Amma aldığı cavabdab heç də məmnun deyil...

Aygün Kazımovanı Rəsul Quliyevlə nə bağlayır? - Xalq artisti barədə bilmədiklərimiz

Ərdoğanla ABŞ Prezidenti arasında görüş başa çatıb - Yenilənib

Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib - Yenilənib

Emmanuel, məni diqqətlə dinlə! - Putinlə Makron arasında telefon danışığının stenoqramı yayıldı

Azərbaycan və Türkmənistan Prezidentlərinin görüşü olub - Yenilənib

Sabirabadda korrupsiya əməliyyatı keçirildi - Saxlanılan var

Prezident İlham Əliyev Aşqabadda Vladimir Putinlə görüşüb - Yenilənib

Aşqabadda Azərbaycan və İran prezidentlərinin görüşü olub - Yenilənib

Ən çox oxunanalar