Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA tərəfindən FHN-in 27 əməkdaşına təlim keçirilir - Foto

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təlim və Keyfiyyətə Təminat şöbəsi tərəfindən Fövqəladə Hallar Nazirliyinin 27 nəfər müvafiq qurum əməkdaşına “Döyüş sahəsinin təmizlənməsi” təlimi keçirilir.

ANAMA-dan verilən xəbərə görə, bir həftə davam edən təlimin əsas məqsədi mütəxəssislərin döyüş sahəsinin təmizlənməsi üzrə bilik və bacarıqlara yiyələnməsidir.

Təlim proqramı Fövqəladə Hallar Nazirliyinin Ağdam rayonunda yerləşən regional mərkəzində keçirilir.

Təlim zamanı nümayəndələrə döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, sahənin qurulması, texniki təhlükəsizlik qaydaları, ərazinin vizual və yeraltı yoxlanılması, işarələmə vasitələrindən istifadə edilməsi, aşkar edilən sursatların qiymətləndirilməsi kimi biliklər öyrədilir.

Təlimi müvəffəqiyyətlə tamamlayan nümayəndələrə ANAMA tərəfindən müvafiq şəhadətnamələr təqdim olunacaq.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumuna Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən humanitar minatəmizləmə fəaliyyəti çərçivəsində keçirilən növbəti təlimdir. Bu kimi fəaliyyətin təşkili, işğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Minatəmizləmə Standardlarına uyğun əməliyyatların icrasında vacib addımlardan biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar