Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyaya məxsus şirkətin səhmləri Gürcüstan hökumətinə verilir

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “Alfa Group”a məxsus “IDS Borjomi International” şirkətinin səhmlərinin dövlətə verilməsi prosesini tez bir zamanda başa çatdırmağı tapşırıb.

Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti xəbər yayıb.

“Qərar hökumətin növbəti iclasında açıqlanacaq”, - deyə məlumatda bildirilir.

“IDS Borjomi International” “Borjomi”nin mineral su qablaşdırma zavodlarının sahibidir. Bir gün əvvəl o, aprelin 29-dan etibarən Borjomi şəhərindəki zavodda son neqativ hadisələr səbəbindən işində fasilələr yarandığı üçün qablaşdırmanı dayandırdığını bəyan edib”, - deyə şirkətdən bildirilir.

O da vurğulanıb ki, “IDS Borjomi International” “Alfa Group”un payını dövlətə verməyi təklif edib.

“Gürcüstan hökuməti “IDS Borjomi International”a sahib olan şirkətin (“Alfa Group”) təklifini bəyənərsə, “IDS Borjomi Georgia” zavodlarda istehsal prosesini və iqtisadi fəaliyyəti bərpa edə biləcək”, - deyə şirkətdən qeyd edilib.

Saziş Gürcüstanın İqtisadiyyat Nazirliyi və Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənməlidir; “IDS Borjomi International” artıq hər iki departamentə müvafiq məktub göndərib.

Eyni zamanda, İqtisadiyyat Nazirliyi məsələyə bir neçə gün baxılacağını qeyd edib.

Qeyd edək ki, 2013-cü ildən “Borjomi” brendi Aİ-nin sanksiyalarına məruz qalmış “Alfa Bank”ın da daxil olduğu Rusiyanın “Alfa Group” şirkətinə məxsusdur. Martın əvvəlində Estoniyanın “Delfi” portalı bildirmişdi ki, “Rimi”, “Maxima” və “Selver” kimi yerli pərakəndə satış şəbəkələri “Borjomi”ni rəflərdən çıxarmaq qərarına gəliblər, çünki onlar brendin sanksiyalara məruz qalan Rusiya şirkətinə məxsus olması barədə məlumat alıblar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar