Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milli parklarda "açıq qapı" günü keçiriləcək

Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar mayın 22-də Azərbaycanın milli parklarında “açıq qapı” günü təşkil olunacaq.

Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib.

"Ölkəmizin təbii mühitinin bütün komponentləri milli parkları əhatə edən geniş bir ərazidə mühafizə olunur və biz bununla həm də planetin zəngin bioloji müxtəlifliyinin qorunmasına töhfə veririk. Dünya builki biomüxtəliflik gününə "Bütün canlılar üçün ortaq gələcək qurmaq" kimi mühüm bir çağırışla qoşulur. Bu o deməkdir ki, biz hamımız təbiətlə bağlı bütün problemlərin həllinə, iqlim dəyişmələrinin fəsadlarının önlənməsinə, insan və digər bütün canlıların sağlamlığına xələl gətirən təsirlərin aradan qaldırılmasına, onların yaşayış yerlərinin davamlılığının təmin edilməsinə, həmçinin ərzaq və su təhlükəsizliyi kimi aktual problemləri gündəmə gətirməklə birgə fəaliyyətə qoşulmalıyıq.

Planetimiz və mövcudluğumuz üçün olduqca vacib sayılan bu əlamətdar gündə hamılıqla bu bəşəri çağırışlara dəstək olaq, milli parklarımıza səfər etməklə təbii gözəllikləri bir daha görüb, onun qədrini bilməyə alışaq", - deyə o bildirib.

A. Babayevanın sözlərinə görə, planetin bioloji irsinin mühafizəsi sahəsində dünya ölkələrinin əlaqələndirilmiş şəkildə fəaliyyətinin həyata keçirilməsi məqsədilə 1992-ci ildə Keniyanın Nayrobi şəhərində əsası qoyulan Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyaya Azərbaycan Respublikası 2000-ci ildə qoşulub və həmin ildən etibarən hər il 22 may tarixi ölkəmizdə də Beynəlxalq Biomüxtəliflik günü kimi qeyd olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar