Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Avropanın “sanksiya fırıldağı”: Almaniya və İtaliya Rusiyadan qaz almaq üçün rublla hesablar açmağa icazə verdi

Almaniya və İtaliya Rusiya Federasiyasına qarşı sanksiyaları pozmadan Rusiya qazını almağa davam etmək üçün şirkətlərinə rublla hesablar açmağa icazə verib.  Ölkələr  bu  məlumatı  Avropa İttifaqı ilə danışıqlardan sonra açıqlayıblar.
 
PİA.az xəbər verir ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən bu barədə bildirib.
 
Məlumatda bildirilir ki, Rusiyanın xarici tədarükçülərin qaz pulunu rublla ödəməsi tələbi ətrafında debat Avropa hökumətlərinin Moskvaya qarşı sərt mövqe sərgiləmək əzmini sınağa çəkib. Finlandiya, Bolqarıstan və Polşa qazın pulunu rublla ödəməkdən imtina edib, buna görə də Rusiya bu ölkələrə qaz nəqlini dayandırılıb. Lakin heç də bütün dövlətlər Rusiya Federasiyasının qazından imtina etməyiblər.
 
“Reuters” agentliyinin iki mənbəyinin bildirdiyinə görə, Almaniya hökuməti Avropa Komissiyası ilə əlaqə saxladıqdan sonra alman idxalçılarına sanksiyaları pozmadan “Qazprombank”da rublla hesab açmalarına yaşıl işıq yandırıb. Qeyd edək ki, bu metod pulları banka müxtəlif valyuta ilə yatırmağı, daha sonra həmin ödənən pulu rubla çevirməyi nəzərdə tutur.
 
"Mənbələr bildiriblər ki, regionda Rusiya qazının ən böyük idxalçısı olan Almaniya bu məsələdə ardıcıl olaraq Aİ ilə sıx koordinasiyada hərəkət edib", - Reuters əlavə edib.
 
Nəşrin yazdığına görə, İtaliya hökuməti də Avropa Komissiyası ilə danışıqlar aparıb. Danışıqlarda Rusiya qazının qanuni yolla necə alınmasına aydınlıq gətirilib.
 
"Bu, İtaliyanın “Eni” enerji şirkətinin çərşənbə axşamı biri avroda, biri rublda olmaqla iki hesab açması proseduruna başladığını bildirməmişdən əvvəl baş verib", - Reuters bildirib.
 
Ötən həftə İtaliyanın baş naziri Mario Draqi demişdi ki, qazın rublla ödənilməsinin qanuniliyi məsələsi “boz sahə”dir. O, ölkəsinin hələ də Rusiya valyutasında hesab aça biləcəyi barədə məlumatı şərh etməkdən imtina edib. (ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

DTX-dan Gömrük Komitəsində daha bir əməliyyat - Saxlanılanlar var

Sahil Babayevin əmisi oğlu rüşvətə görə həbs olundu

Türkiyə-Ermənistan quru sərhədinin ən qısa zamanda açılması barədə razılıq əldə edilib - Yenilənib

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

İdxalı ƏDV-dən azad edilən xammal və materialların yeni siyahısı təsdiqləndi

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Ən çox oxunanalar