Şəmkirdə bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü Qurban Abbasov mübahisə zəminində 3 bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Hadisəni törətməkdə isə onun dostu şübhəli bilinir.
Faktla bağlı araşdırmalara başlanılıb.
pia.az