Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda Beynəlxalq Piano Festivalının açılışı baş tutub

Mayın 20-də Bakıda ilk dəfə keçirilən Beynəlxalq Piano Festivalının açılışı baş tutub.

"Report" xəbər verir ki, festival klassik musiqi sədaları ilə açılıb. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənib.

Açılışda çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirib ki, Bakı hər zaman olduğu kimi mədəniyyət mərkəzidir.

"Ənənələri biz mötəbər festivallarla davam edirik. Festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcək. Piano ənələri Azərbaycanda zəngindir, belə festivalın keçirilməsi gənclərdə marağın artmasına xidmət edəcək. Festival Azərbaycanda piano sənətinə gənclərin daha çox cəlb edilməsinə, yeno istedadların üzə çıxmasına səbəb olacaq", - nazir qeyd edib.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross isə festivalın ərsəyə gətirən təşkilatçı və idarə heyətinətəşəkkürünü bildirib. O, çıxışında məşhur fransız pianoçunun festivalda çıxış edəcəyini vurğulayıb.

"Bu əsərdə incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm edəcək. İndiki Avropanın durumunda bu olduqca vacib məsələdir - musiqinin müharibəyə qalib gəlməsi", - Qross vurğulayıb.

Festivalın təşkilatçısı Şahin Növrəsli isə deyib ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək:

"Azərbaycan pianoçuları hər zaman tanınmış olublar, dünyanın bir çox yerlərində möhtəşəm konsertlər veriblər. Qürurluyam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu".

Qeyd edək ki, I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib 

“Bloomberg”: “Rusiyanı defoltdan saatlar ayırır”

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb

"ABŞ dünyanın gülüş obyektinə çevrildi" - Tramp

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Rusiyanın Ka-52 “Alliqator” helikopteri vurulub

Azərbaycan və İran rəsmiləri birgə tikinti layihələrini müzakirə ediblər

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Ən çox oxunanalar