Rusiya qazının Finlandiyaya nəqli mayın 21-də Bakı vaxtı ilə saat 8:00-da dayandırılacaq.
Bu barədə Rusiyanın "Qazprom İxrac" şirkətindən Finlandiyaya məxsus "Qasum" qaz şirkətinə edilən xəbərdarlıqda qeyd olunub.
Növbəti günlərdə 2022-ci ilin yay mövsümündə operator öz müştərilərini təbii qazla digər mənbələrdən - Estoniyadan təmin edəcək.
Qeyd edək ki, "Qasum" Rusiya tərəfinin yeni qaz ödəniş sisteminə keçid tələbini qəbul etməyib və bununla bağlı arbitrajda iddia qaldırmaq niyyətindədir.(unikal)
pia.az