Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynanın eks-prezidenti həbs edildi

Kiyevin Peçersk rayon məhkəməsi şəxslərin dövlət sərhədindən qanunsuz keçirilməsini təşkil etməkdə şübhəli bilinən Ukraynanın keçmiş prezidentinin həbs-qətimkan tədbiri seçib.

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, eks-prezident 2014-cü il fevralın 23-də Donetsk vilayətinin Urzuf kəndi yaxınlığında olub. Həmin gün o, dövlət təhlükəsizlik işçiləri və Rusiya nümayəndələri ilə birlikdə Rusiya Silahlı Qüvvələrinə məxsus üç helikopterin köməyi ilə azı 20 nəfəri qanunsuz olaraq Ukraynanın dövlət sərhədindən keçirib. Onların hamısı Rusiyanın Krasnodar diyarının Anapa şəhərinə gəlib.

Cinayət Məcəlləsinin 332-ci - Ukraynanın dövlət sərhədindən qeyri-qanuni insanların daşınmasının təşkili maddəsinə görə onu 3 ilədək müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə 5 ildən 7 ilədək azadlıqdan məhrum edilib.

2014-cü ildə Yanukoviç qaçdıqdan sonra polis ona qarşı 10-a qədər cinayət işi açıb. Yanukoviç Mejihirya və Suxoluçye iqamətgahlarının qanunsuz zəbt edilməsi, “diktatura qanunları” üçün səsvermənin nəticələrinin saxtalaşdırılması, Maydan fəallarına qarşı cinayətlər, çoxsaylı ağır iqtisadi cinayətlər və müəllif kitabları üçün qonorar adı altında gizlənən rüşvət və s. işlərdə iştirak edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar