Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya kəşfiyyatı: “Rusiya yüksək səviyyəli komandirləri işdən çıxarıb”

Son həftələrdə Rusiya Ukraynaya müdaxilənin ilkin mərhələlərində zəif iştirakına görə bir sıra yüksək səviyyəli komandirləri işdən çıxarıb. Xüsusilə, işdən çıxarılanların arasında Xarkovu ələ keçirə bilməyən elit 1-ci Qvardiya Tank Ordusuna komandanlıq edən general-leytenant Sergey Kisel də var.

Bu barədə Böyük Britaniya kəşfiyyatının hesabatında qeyd edilir.

Bildirilir ki, Rusiyanın Qara Dəniz Donanmasının komandiri, vitse-admiral İqor Osipov da güman ki, aprel ayında “Moskva” kreyserinin batmasından sonra işindən uzaqlaşdırılıb.

Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimova gəlincə, o, yəqin ki, vəzifəsində qalır, lakin prezident Vladimir Putinin ona etibar edib-etmədiyi bəlli deyil.

Rusiyanın hərbi və təhlükəsizlik sistemində “sığortalanmaq” və “günah keçisi” axtarmaq mədəniyyəti yəqin ki, üstünlük təşkil edir. Rusiyanın Ukraynanın işğalında iştirak edən bir çox məmurların əməliyyat uğursuzluğuna görə, şəxsi məsuliyyətdən yayınmaq cəhdləri ilə diqqəti getdikcə daha çox yayındırılacağı ehtimal edilir”, - deyə Britaniya Müdafiə Nazirliyinin analitikləri qeyd edirlər.

Britaniya kəşfiyyatı qeyd edib ki, “bu şərtlər altında Rusiyanın təşəbbüsü geri qaytarması çətin olacaq”.

Xatırladaq ki, bəzi məlumatlara görə, Ukraynada müharibə zamanı Rusiyanın 12-yə qədər generalı öldürülüb.(oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar