Çərşənbə, 29 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Bakıda multikultural perspektivlərlə bağlı beynəlxalq konfrans keçirilir

Bakıda G20 Dinlərarası Forum regional hazırlıq iclası çərçivəsində “Prioritet qlobal məsələlər üzrə multikultural perspektivlər” adlı beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbirin təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ Stirling Fondudur.

Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, G20 Dinlərarası Forum Assosiasiyasının Prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru U.Koul Durham (ABŞ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digər rəsmi şəxslər iştirak edirlər.

Tədbir açılış mərasimindən sonra 3 panel üzrə sessiya ilə davam edəcək.

“Sülhquruculuq, Sülhməramlılıq və Sabitlik üzrə Dinin Rolu” adlı birinci sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (Azərbaycan), Salam Sülh və Ədalət İnstitutunun prezidenti, Amerika Universitetinin Beynəlxalq Sülh və Münaqişələrin Həlli üzrə professoru Məhəmməd Əbu-Nimer (ABŞ), İranın Mədəniyyət və İslam Əlaqələri üzrə Dövlət Təşkilatının keçmiş sədri (İran İslam Respublikası), Əbuzar-İbrahimi Torkaman, Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti Ceyms Patton (ABŞ), G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti U. Koul Durham, Jr (ABŞ), İstanbul Rumeli Universitetinin professoru və keçmiş baş direktor və IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) keçmiş baş direktoru, İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Xalid Ərən (Türkiyə), MÜSLİM İnstitutunun rektoru və Pakistanın Cunaqad əyalətinin Devanı Martin Kottingem, İslami Yardımın Ümumdünya Xarici Əlaqələr və Təbliğat üzrə direktoru H.E.Sahibzadə Sultan Əhməd Əlinin (Pakistan) məruzələri dinləniləcək.

“Tolerantlıq və multikulturalizm: regional və dini perspektivlər” adlı ikinci sessiyada ICESCO-nun dialoq üzrə səfiri və WMCC (Dünya Media və Mədəniyyət Mərkəzi) idarə heyətinin üzvü, MJLC Avropa Müsəlman-Yəhudi liderləri şurasının vitse-prezidenti İmam Yahya Sergio Yahe Pallavicini (İtaliya), Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ), Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev (Azərbaycan), Danimarka İnsan Hüquqları İnstitutunun tədqiqatçısı Mari Jul Petersen (Danimarka), Dünya Dinləri Parlamentinin keçmiş prezidenti; G20 Dinlərarası İdarə Heyətinin üzvü Audrey Kitaqava (ABŞ), Rus Pravoslav Kilsəsinin BakıAzərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov (Azərbaycan) məruzələrlə çıxış edəcəklər.

“COVID-lə mübarizədə dinin roluna dair regional perspektivlər” adlı üçüncü sessiyada Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) Keçmiş Katibinin Köməkçisi, ABŞ Dövlət Departamenti, Amerika Katolik Universitetinin hüquq professoru Robert A.Destro (ABŞ), Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekti, Yepiskop Vladimir Fekete (Azərbaycan), Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski (Azərbaycan), Yunanıstanın Saloniki Aristotel Universitetinin İlahiyyat fakültəsinin dekanı Nikolaos Maqioros (Yunanıstan), Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili (Azərbaycan) və Xorvatiyanın Zaqreb Universitetinin hüquq fakültəsinin dosenti Vanya Saviç (Xorvatiya) iştirak edəcəklər.

Panellər üzrə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov (Azərbaycan), Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Dünya Dinlərinin Dialoq İnkişafının icraçı direktoru (Din, Sülh və Dünya İşləri üzrə Berkley Mərkəzi, Georgetown Universiteti) Ketrin Marşal (ABŞ) moderatorluq edəcəklər.

Panellər müzakirə və sual-cavab sessiyası ilə yekunlaşacaq.

pia.az


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

"Əri içib, ona şəkil atıb ki..." - Özünü binadan atan həkimin iş yoldaşları nələr danışdı? - Yenilənib

Səfər Mehdiyev məşhur idmançının qarşısında şərt qoydu

Cinsi əlaqənin olmaması qadınlara necə təsir edir? - 5 xoşagəlməz nəticə

Putin “ağır çəkili” generalı təqaüddən geri çağırıb – Ukraynadakı rus generalları bir-bir sıradan çıxır - Fotolar

Paşinyanı parodiya edən aktyor: “Təbii alınması üçün çox çalışırdım” - Foto

“Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib

Bu gün vəfat edən Cüneyt Arkının vəsiyyəti açıqlandı - Yenilənib, Video

Gəncədə dəhşət: Küçədə həyat yoldaşı tərəfindən öldürülən qadına heç kim kömək etmədi

Azərbaycanın məşhur supermarketlər şəbəkəsi bir ildə cəmi 8 min manat qazanıb? - Bu nə qədər inandırıcıdır?..

Rusiyada zorən defolt seriyaları başlayır... - Hökümətin mövcud durumu idarə edə bilmək imkanları varmı?

Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb

Rüşvətə görə həbs edilən vəzifəli şəxslərə hökm oxundu

Ən çox oxunanalar