Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropa Liqasının finalı: Almanlar yenə çempion olacaq, şotlandlar yenə uduzacaqmı? 

Bu gün UEFA Avropa Liqasının final matçı keçiriləcək.

Oxu.Az xəbər verir ki, İspaniyanın Sevilya şəhərinin Ramon Sançes Pisxuan adına stadionunda keçiriləcək qarşılaşmada Almaniyanın “Ayntraxt” və Şotlandiyanın “Reyncers” klubları üz-üzə gələcək.

Tərəflər rəsmi matçda 1960-cı ildə o vaxt Avropa Kuboku adlandırılan Çempionlar Liqasının yarımfinalında üz-üzə gəlib. İki oyunluq qarşılaşmada “Ayntraxt” 6:1 və 6:3 hesabı ilə qalib gələrək finalda Madrid “Real”ı ilə görüşə vəsiqə qazanıb.

Bu matç öncəsi komandalarda itkilər var. Belə ki, Frankfurt klubunda avstriyalı Martin Hintereqer, Diant Ramay, Qlazqo təmsilçisində rumıniyalı Yanis Haci, isveçli Filip Helander, kolumbiyalı Alfredo Morelos və nigeriyalı Nnamdi Ofoborh oynamayacaq. Həmçinin “Ayntraxt”da danimarkalı Yesper Lindströmün və Anqola əsilli Dani da Kostanın, “Reyncers”də Rayan Cəkin oynaması sual altındadır.

“Ayntraxt” bir dəfə bu turnirin qalibi olub. Hələ turnir UEFA Kuboku adlanan vaxt “Ayntraxt” 1979/80 mövsümünün finalında Almaniyanın “Borusiya” (Mönxenqladbax) klubu ilə qarşılaşıb. Keçirilən iki matçın (2:3, 1:0) nəticəsinə əsasən “Ayntraxt” çempion olub.

“Reyncers” isə ən yaxşı halda bu turnirin finalında oynayıb. Avroliqanın 2007/08 mövsümünün finalında Şotlandiya klubu heç də qonaq sayılmayan Mançester şəhərində Rusiyanın “Zenit” klubuna 0:2 hesabı ilə uduzub. Ümumiyyətlə, şotlandlar beş dəfə Avropanın müxtəlif klub turnirlərində final oynasa da, bunların dördündə çempionluğu əldən veriblər.

UEFA Avropa Liqası

2021/22 mövsümünün finalı

18 May

23:00 “Ayntraxt” (Almaniya) – “Reyncers” (Şotlandiya)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

Sevilya. Ramon Sançes Pisxuan adına stadion

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar