Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanda “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı seminar keçirilib

Mayın 17-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbdə Beynəlxalq Ailə Günü münasibətilə “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar keçirilib.

Öncə məktəbin girişində Beynəlxalq Ailə Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Azərbaycan ailələrinə məxsus xüsusiyyətlərin, mili-mənəvi dəyərlərimizin əks olunduğu əsərlər nümayiş olunub.

Sonra məktəbin akt zalında “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” adlı maarifləndirici seminar öz işinə başlayıb. Seminarı giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakmiyyəti başçısının müavini Aynur Fərzəliyeva Şəhər İcra Hakimiyyəti adından “Beynəlxalq Ailə Günü” münasibətilə iştirakıları təbrik edib və onlara sağlam, xoşbəxt, fiaravan ailə həyatı arzulayıb. Beynəlxalq Ailə günü” münasibətilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində silsilə tədbirlər həyata keçirildiyini və əsas məqsədin Azərbaycan ailəsi modelinin inkişaf yolları və ailə ənənələrinin qorunması, cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, gənc ailələrə dövlət qayğısı, milli-mənəvi dəyərlərimizin, eləcə də ailə dəyərlərimizin təbliği olduğunu bildirib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət ailə siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini, milli-mənəvi dəyərlərin qorunmasına dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb.

Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan sektorunun müdir əvəzi Elçin Həsənov, Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Samid Həsənov, Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli, din xadimi Hacı Vasif, Vətən müharibəsinin şəhidi Zülfüqarlı Zeynalın anası Şəlalə xanım, 21 nömrəli tam orta məktəbin direktoru Səadət xanım Quliyeva xalqımızın zəngin mənəvi irsinə daxil olan ailə dəyərlərimizdən, sağlam ailənin formalaşması üçün vacib şərtlərdən, müasir ailələr üçün aktual olan problemlərdən, ailə münaqişlərindən bəhs ediblər. Azərbaycan ailəsinin uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərindən biri olduğunu, dövlətimizin bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırladığnı, sosial layihələr həyata keçirdiyini bildiriblər. Gənclərə və gənc ailələrə dövlət qayğısını xüsusi vurğulayıblar. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində dini dəyərlərin əhəmiyyətindən söz açıblar. Torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində şücaət göstərən qəhrmanlarımızın ailələrinin gənclərə nümunə olduğunu qeyd ediblər.
Sonra Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə hazırlanan “Ailəmiz ən dəyərli xəzinəmizdir” filminə baxılıb.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar