Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus Ordusu münaqişədə birbaşa iştirak etməyib - Britaniya kəşfiyyatı

Bu ayın əvvəlində keçirilən hərbi təlimlərdən sonra Belarus xüsusi əməliyyat qüvvələrini Ukrayna sərhədi boyunca, hava hücumundan müdafiə, artilleriya və raket birləşmələrini ölkənin qərbindəki təlim poliqonlarında yerləşdirdiyini bəyan edib. Belarus Ordusunun sərhədə yaxın yerləşdirilməsi Ukrayna qoşunlarını da bölgədə qalmağa məcbur edəcək və beləcə onlar Donbasdakı dəstək əməliyyatlarında iştirak edə bilməyəcəklər.

PİA.az APA-ya istinadən xəbər verir ki, Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidmətinin məlumatında belə qeyd olunub. Bildirilib ki, ilkin fərziyyələrə baxmayaraq, Belarus Ordusu bu günə qədər münaqişədə birbaşa iştirak etməyib.

"Bununla belə, Rusiya Kiyev və Çerniqova ilkin hücumları zamanı Belarus ərazisindən istifadə edib, həmçinin Belarusdan Ukraynaya aviasiya və raket zərbələri endirib", - deyə məlumatda qeyd olunub.

Məlumatda vurğulanıb ki, Belarus prezidenti Aleksandr Lukaşenko, ehtimal ki, Rusiyanın işğalına verdiyi dəstək və hərbi əməliyyatlarda birbaşa iştirak etmək istəməməsi arasındakı balansa Qərbin sanksiyaları, Ukraynanın cavab tədbirləri və Belarus ordusunda mümkün narazılıqlar riski ilə nail olur.

pia.az 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar